Year: 2026

Prezident İlham Əliyev
Manşet Rəsmi Siyasət

İlham Əliyev: Sülh və sabitlik Mərkəzi Asiya və Azərbaycanın inkişafının əsasını təşkil edir

Sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edir. Əks-səda xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib. Onun sözlərinə görə, bu əməkdaşlıq formatının geosiyasi əhəmiyyəti energetika və nəqliyyat sahələrindəki birgə layihələrlə məhdudlaşmır. “Ölkələrimizin […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb

Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi, ev 7 ünvanında fəaliyyət göstərən “Golden Street” hotelinin fəaliyyəti dayandırılıb. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hoteldə keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud […]

Siyasət
Gündəm Ölkə Siyasət

Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. Əks-səda xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib. “İcazə verin, hörmətli İlham Əliyevi 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə ilk sədrliyi Azərbaycanın qəbul etməsi münasibətilə səmimi […]

Hadisə
Gündəm Hadisə Ölkə

Külli miqdarda heroin və “metadon” həbləri qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Əks-səda komitəyə istinadən xəbər verir ki, İdarənin “Astara” gömrük postunun idxal nəzarət xəttində İrandan ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı nəqliyyat vasitəsində gömrük nəzarətindən […]

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi

İlham Əliyev: Azərbaycan və Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir. Əks-səda xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib. Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək […]

Hadisə
Gündəm Hadisə Ölkə

Şüvəlanda marşrut avtobusu ilə minik avtomobili toqquşub, ölən var

Qala-Şüvəlan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, Elmar Gülbaba oğlu Hüseynovun idarə etdiyi “Daewoo” markalı avtobusla Şüvəlan qəsəbəsi ərazisində hərəkətdə olarkən, Elçin Qədim oğlu Qədimovun idarə etdiyi “Lada Granta” markalı minik avtomobil ilə toqquşub. Nəticədə E.Qədimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək […]

Dünya
Cəmiyyət Dünya Gündəm

Tehran aeroportu beynəlxalq reysləri bərpa edib

Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanı ABŞ və İsrailin İrana qarşı əməliyyatı dövründə dayandırılmış beynəlxalq aviareysləri bərpa edib. Əks-səda xəbər verir ki, bu barədə İranın IRIB dövlət teleradio şirkətinə istinadən “Al Jazeera” telekanalı məlumat yayıb. Məlumata görə, bu gün hava limanı hava əlaqəsinin bərpasından sonra ilk beynəlxalq reysi qəbul edib. İraqın “Iraqi Airways” aviaşirkətinin təyyarəsi […]

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi

Prezident İlham Əliyev “Avaza” Kompleksinə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib. Əks-səda xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi qarşılayıb. Sonra tədbirdə iştirak edən dövlət başçıları birgə foto çəkdiriblər.

Hadisə
Dünya Gündəm Hadisə

Texasda bir nəfəri öldürməkdə təqsirli bilinən şəxs edam edilib

ABŞ-nin Texas ştatında 2000-ci ildə mağaza əməkdaşını öldürdüyünə görə məhkum edilmiş 46 yaşlı Camaal Hovardın ölüm hökmü icra edilib. Əks-səda “Associated Press”ə (AP) istinadən xəbər verir ki, edam oktyabrın 7-si axşam saatlarında inyeksiya yolu ilə baş tutub. Məhkumun ölümü yerli vaxtla saat 20:03-də, preparat yeridildikdən 19 dəqiqə sonra təsdiqlənib. Bu, 2026-cı ilin əvvəlindən bəri Texasda həyata […]

Sağlamlıq
Dünya Gündəm Sağlamlıq

Keniyada eboladan ilk ölüm halı qeydə alınıb

Keniyada ebola virusuna ilk yoluxma halı qeydə alınıb və bu, pasiyentin ölümü ilə nəticələnib. Əks-səda “Africanews”a istinadən xəbər verir ki, bu barədə Keniyanın səhiyyə naziri Eyden Duale bildirib. “Keniyada ebola epidemiyası yoxdur. Bizdə ayrı bir yoluxma halı qeydə alınıb və pasiyentin bütün marşrutunu izləyə bilərik”, – nazir vurğulayıb. Onun sözlərinə görə, xəstələnən şəxs Keniyaya Uqandadan keçməklə […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.