Year: 2026

Sağlamlıq
Dünya Gündəm Sağlamlıq

Konqoda Ebolaya yoluxanların sayı 8 665-ə çatıb

Konqoda Ebola qızdırmasına təsdiqlənmiş yoluxma hallarının sayı artaraq 8 665-ə çatıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə İnstitutunun məlumatında bildirilib. Hesabata əsasən, ölənlərin sayı 4 178 nəfər olub. “Cavab tədbirləri 7 əyalətdə və zərərçəkmiş 64 rayonda davam edir: 8 665 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, 890 xəstə təcrid və stasionar şəraitindədir, 2 259 […]

Hadisə
Cəmiyyət Gündəm Hadisə Ölkə

Qubada iki avtomobil toqquşub, ölən var

Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, “VAZ-2106” və “Toyota Prado” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində bir nəfər aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Hadisə
Dünya Gündəm Hadisə

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə raket zərbəsi endirməsi nəticəsində 13 dinc sakin həlak olub, 50 nəfər isə yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Çerniqov Vilayət Prokurorluğunun mətbuat xidməti Teleqram kanalında məlumat yayıb. “Saat 12:50-yə olan məlumata görə, Rusiyanın şəhərə hücumu nəticəsində 13 mülki şəxsin, o cümlədən 4 uşağın həlak olduğu, 50 nəfərin […]

Hadisə
Dünya Gündəm Hadisə

Yunanıstanda 8 zəlzələ qeydə alınıb

Yunanıstanın Kasos adası sahillərində 8 zəlzələ qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb. Bildirilib ki, oktyabrın 7-si gecə yarısından səhər saatlarına qədər olan müddətdə 2,4-4,1 maqnitudalı yeraltı təkanlar baş verib. Ən güclü zəlzələnin episentri Kasosdan 29 kilometr qərbdə yerləşib. 7 dəqiqə sonra adadan 35 kilometr qərbdə 3,9 maqnitudalı zəlzələ baş verib. Daha […]

Hadisə
Gündəm Hadisə Ölkə

Qaradağda qəzada ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Qaradağ rayonu, Qaradağ qəsəbəsində yol-nəqliyyat qəzasında ölənlərin sayı 4-ə çatıb. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes Atego” markalı yük avtomobilinin dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin […]

Hadisə
Dünya Gündəm Hadisə

Bosfor sahillərində bərə tarixi malikanəyə çırpılıb, sahibi kompensasiya tələb edir

Sərnişin bərəsi İstanbulda Bosfor sahilindəki tarixi malikanəyə çırpılıb. Əks-səda xəbər verir ki, bu barədə Türkiyənin “Hurriyet” nəşri məlumat yayıb. Bildirilib ki, heç kim xəsarət almayıb. Nəşrin məlumatına görə, malikanə (Osmanlı imperiyasında hərbi və dini işlər üzrə ali hakim vəzifəsi – red.) Nəcməddin Əfəndi adlı şəxsə məxsus olub. Təxminən 200 il əvvəl inşa edilən malikanə hazırda bloqer və […]

Cəmiyyət
Cəmiyyət Dünya Gündəm

Ukraynada 110 mindən çox insan itkin düşmüş hesab olunur

Ukraynada 110 mindən çox insan xüsusi şəraitdə itkin düşmüş hesab olunur. Əks-səda xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyinin xüsusi şəraitdə itkin düşən şəxslər üzrə müvəkkili Artur Dobroserdov Bakıda itkin düşmüş şəxslərə həsr olunmuş beynəlxalq konfransda deyib. “Reyestr məlumatlarına görə, bu gün 110 mindən çox insan xüsusi şəraitdə itkin düşüb. Bu rəqəmə həm Ukrayna vətəndaşları, həm […]

İdman
Dünya Gündəm Idman

“Çelsi” 16 yaşlı hücumçusu Eduardo Konseysaonun transferi üçün hərəkətə keçib

İngiltərənin “Çelsi” klubu Braziliya təmsilçisi “Palmeyras”ın futbolçusu Eduardo Konseysaonun transferi istiqamətində işlərə başlayıb. Əks-səda “ESPN Brasil” idman portalına istinadən xəbər verir ki, “zadəganlar” 16 yaşlı hücumçuya marağını artırıb. Baş məşqçi Xabi Alonso da istedadlı forvardı komandasında görmək istəyir. Qarşı tərəf isə oyunçunun satışından 100 milyon avro qazanmaq niyyətindədir. “Mançester Siti” də E.Konseysaonu izləyir. Xatırladaq ki, Braziliyanın […]

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi Siyasət

Prezident İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Əks-səda xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb. Rusiya Prezidenti təbrikə və göstərilən diqqətə görə Prezident İlham […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Azərbaycanda oktyabrın 10-da ov mövsümü açılacaq

“Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın növbəti iclası keçirilib və oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Əks-səda xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev məlumat verilib. Xidmət rəsmisi bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya və […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.