Year: 2026

Siyasət
Dünya Gündəm Siyasət

Almaniya vətəndaşlarının 58%-i Mertsin istefasını dəstəkləyir

Almaniya vətəndaşlarının böyük əksəriyyəti Fridrix Mertsin kanslerlik fəaliyyətinin uğursuz olduğunu düşünür, 58%-i isə onun istefasını dəstəkləyər. Əks-səda xəbər verir ki, bu barədə “Spiegel” nəşri üçün aparılmış “Ipsos-Politikmonitor “sorğusunun nəticələri göstərir. Sorğu iştirakçılarının 48%-i “Fridrix Mertsin kanslerliyi uğursuzluqla nəticələnib” ifadəsi ilə tamamilə razılaşıb. Almaniyanın şərqində respondentlərin 80%-i bu ifadə ilə tamamilə və ya qismən razılaşıb. Qərb federal […]

Kriminal
Dünya Gündəm KriminaI

Türkiyədə 17 bələdiyyə işçisi rüşvət ittihamı ilə saxlanılıb

Türkiyənin İstanbul əyalətinin Esenyurt bələdiyyəsində bəzi tenderlərdə saxtakarlıq edildiyi və podratçılardan rüşvət alındığı iddialarına yönəlik istintaq çərçivəsində keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. Əks-səda xəbər verir ki, məlumatı “Haber Global” yayıb. Məlumata görə, sözügedən cinayət əməllərində iştirak etdiyi müəyyən edilmiş 19 şübhəli barəsində həbs qətimkan qərarı verilib. Onlardan 17-si saxlanılsa da, 2-nin tutulması istiqamətində əməliyyat aparılır. Bildirilib […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

DİM prokurorluq orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçirəcək

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə 9 oktyabr 2026-cı il tarixində prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Əks-səda xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahanda iştirak etmək üçün 324 nəfər qeydiyyatdan keçib. İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Qobustandakı “Diri Baba” türbəsini 9 ayda 28 mindən çox turist ziyarət edib

Bu ilin yanvar-sentyabr aylarında Qobustan şəhərindəki “Diri Baba” türbəsini 28 215 turist ziyarət edib. Əks-səda xəbər verir ki, bunu abidə kompleksinin direktoru Yusif Məmmədov jurnalistlərə açıqlamasında bildirib. “Bunun 12 175-i xarici turistlərdir, onlar bilet almaqla buranı ziyarət edib. Türbəyə baş çəkmək üçün ABŞ, Yaponiya, Rusiya, Avropa ölkələri, hətta Madaqaskardan bura ziyarətçilər gəlir. Həmçinin 9 ayda 16 […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Gömrükdə yarım milyon manatdan artıq dəyəri olan dərman aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin, Bakı Baş Gömrük İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən dərman vasitələri aşkarlanıb. Əks-səda Komitəyə istinadən xəbər verir ki, Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib. Gömrük yoxlaması […]

Siyasət
Dünya Gündəm Siyasət

ABŞ ordusu Okinavadakı hərbçilər üçün komendant saatı tətbiq edib

ABŞ Silahlı Qüvvələrinin Okinavadakı komandanlığı yerli sakinin qətlə yetirilməsi ittihamı ilə dəniz piyadasının həbsindən sonra hərbçilər üçün komendant saatı tətbiq edib. Əks-səda xəbər verir ki, bu barədə Okinava prefekturasında fəaliyyət göstərən ABŞ Dəniz Piyadaları Korpusunun quru əməliyyat qrupunun “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib. Məlumata görə, oktyabrın 7-si saat 12:00-dan oktyabrın 9-u saat 12:00-dək Okinavadakı bütün […]

Sağlamlıq
Dünya Gündəm Sağlamlıq

Tayvanda qripdən bir həftədə 44 nəfər ölüb

Tayvanda sentyabrın 29-dan oktyabrın 5-dək qripin ağır gedişinə 219 yoluxma və 44 ölüm halı qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə adanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu, 2025-2026-cı illər qrip mövsümünün əvvəlindən etibarən bir həftə ərzində qeydə alınan ən yüksək göstəricilərdir. Ağır qrip hallarının və ölüm sayının həftəlik maksimum səviyyədə […]

İdman
Dünya Gündəm Idman

Messi Argentina millisində vida matçını keçirib

Argentina futbol millisi ulduz hücumçu Lionel Messinin yığma komandadakı vida matçında Benin seçməsini 3:0 hesabı ilə məğlub edib. Əks-səda xəbər verir ki, Buenos-Ayresdəki “Monumental Antonio Vespussi Liberti” stadionunda keçirilən qarşılaşmadan əvvəl tribunaya Messinin 10 nömrəli formasının və “GRACIAS” yazısının əks olunduğu nəhəng banner açılıb. Matçın 10-cu dəqiqəsində oyun dayandırılıb və Argentina millisinin 10 nömrəli futbolçusu növbəti […]

Siyasət
Dünya Gündəm Siyasət

ABŞ-nin İrana qarşı döyüşlərində 80-dən çox hava vasitəsi məhv edilib və ya sıradan çıxarılıb

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının başlamasından bu yana ABŞ Silahlı Qüvvələrinə məxsus 80-dən çox hava vasitəsi məhv edilib və ya sıradan çıxarılıb. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Konqresinin Araşdırma Xidmətinin yenilənmiş hesabatında qeyd olunub. Sənəddə fevralın 28-dən etibarən ABŞ-nin İrana qarşı əməliyyatları zamanı itirildiyi və ya zədələndiyi bildirilən 81 təyyarə və helikopter tipli hava […]

Hadisə
Dünya Gündəm Hadisə

Venesuelanın gücünə görə ikinci neft emalı zavodu yanğın səbəbindən fəaliyyətini dayandırıb

Venesuelanın şimal-qərbində yerləşən ölkənin gücünə görə ikinci ən böyük neft emalı zavodu “Cardon”da yanğın baş verdiyi üçün müəssisənin fəaliyyəti dayandırılıb. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, yanğın dizel yanacağının hidrotəmizlənməsi qurğusunu birləşdirən qaz kəmərində başlayıb. Bir neçə partlayışdan sonra qazanlar da daxil olmaqla, müəssisənin fəaliyyəti tamamilə dayandırılıb. Yanğın bir […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.