Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində yük maşınının aşması nəticəsində azı beş nəfər ölüb. Əks-səda “Xinhua”ya istinadən xəbər verir ki, içərisində 15 sərnişin olan avtomobil yoxuşa qalxarkən aşıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Zərərçəkənlər ən yaxın xəstəxanaya təxliyə ediliblər.

Hadisə
Dünya Gündəm Hadisə

Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib

Bu gün Fransada məktəblilərin və yuxarı sinif şagirdlərinin etiraz aksiyalarında 256 min nəfər iştirak edib. Əks-səda “Le Monde”a istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Qurumdan qeyd edilib ki, yalnız Parisdəki aksiyalarda təxminən 56 min nəfər iştirak edir. Etirazların təşkilatçıları (onların arasında USL, FAGE, Union étudiante, UNEF tələbə birlikləri də […]

Siyasət
Dünya Gündəm Siyasət

İsveç NATO-nun şərq cinahını gücləndirmək üçün Polşada “Patriot” sistemləri yerləşdirəcək

İsveç NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün Polşada “Patriot” zenit-raket kompleksi yerləşdirəcək. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson bildirib. O vurğulayıb ki, Ukraynaya hərbi yardımın daşındığı NATO-nun logistika mərkəzini qorumaq üçün Polşaya 100-ə yaxın İsveç hərbçisi də göndəriləcək. İsveç qüvvələri Polşada Niderlandın hərbi kontingentini əvəz edəcək. Qeyd olunub ki, […]

Hadisə
Dünya Gündəm Hadisə

Rusiyada ayı qəbri qazaraq qadın meyitini aparıb

Rusiyanın Maqadan şəhərində ayı qəbiristanlıqda məzarlardan birini qazaraq qadının meyitini aparıb. Əks-səda “REN TV”yə istinadən xəbər verir ki, ailə fevralın sonlarında vəfat etmiş qohumunun qəbrini ziyarət etmək üçün Maqadandakı qəbiristanlığa gedib, lakin orada məzarın qazıldığını və ətrafındakı hasarın sındırıldığını görüb. Qadının meyiti yoxa çıxıb, qəbrin ətrafında isə paltar qalıqları olub. Qəbiristanlıq işçiləri heç nə görmədiklərini bildiriblər. […]

Hadisə
Dünya Gündəm Hadisə

Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb

Polşada Poznandakı məktəbi və dəmir yolu vağzalını partlatmaqla hədələyən 19 yaşlı gənc saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb. Qeyd olunub ki, o, sentyabrın sonlarında bir neçə müəssisənin elektron ünvanlarına partlayıcı maddələrdən istifadə hədələri olan məktublar göndərib. Məktublarda o, dəmir yolu vağzalını, məktəbi və s. partlatmaqla hədələyib. Məktubların birində özünü məktəb şagirdi […]

Hadisə
Dünya Gündəm Hadisə

Hörmüz boğazında tankerə hücum zamanı 12 dənizçi yaralanıb

Panama bayrağı altında üzən “On Peace” tankeri Hörmüz boğazından keçməyə cəhd edərkən atəşə tutulub, nəticədə 12 heyət üzvü yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “Kommersant” Hindistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb. “Ticarət gəmisinə bugün edilən hücumu pisləyirik… 19 heyət üzvündən 17-si Hindistan vətəndaşıdır. Məlumdur ki, 12 heyət üzvü, o cümlədən 11 Hindistan vətəndaşı […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Bakının Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “İri Şəhərlərin Su Təchizatı” QSC məlumat yayıb. Məlumata görə, sabah səhər saatlarına kimi içməli suyun verilişi bərpa olunacaq. Qurum […]

Hadisə
Gündəm Hadisə Ölkə

Xaçmazda avtomobil iki məktəblini vurub

Xaçmaz rayonunda avtomobil iki məktəblini vurub. Əks-səda xəbər verir ki, hadisə Xaçmaz şəhərinin Dağıstan küçəsində qeydə alınıb. “Opel-Astra” markalı minik avtomobili küçədə velosiped sürən 2012-ci il təvəllüdlü K.Mustafayevi və onun qardaşı, 2016-cı il təvəllüdlü R.Mustafayevi vurub. Onlar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə
Dünya Gündəm Hadisə

Yunanıstanda İkinci Dünya Müharibəsi dövrünə aid min bomba aşkar edilib

Saloniki Liman Administrasiyasının (OLTH) rəhbərliyi körpünün genişləndirilməsi işləri zamanı limanın dəniz dibində aşkar edilmiş İkinci Dünya Müharibəsi dövrünə aid təxminən 1 000 bombanın zərərsizləşdirilməsi məqsədilə Yunanıstanın səlahiyyətli orqanlarına müraciət edib. Əks-səda xəbər verir ki, bu barədə yunan mediası məlumat yayıb. Bombalar 6-cı körpü rayonunda maqnit zondlama nəticəsində aşkar edilib. Onlar genişləndirmə səthini təşkil edən beton kessonların […]

Texnologiya
Dünya Gündəm Texnologiya

Fransa ən yeni ballistik raketin sınaqlarını keçirib

Fransanın Müdafiə Nazirliyi sualtı qayıqlardan buraxılan ən yeni M51.3 ballistik raketinin ilk sınaq buraxılışının həyata keçirildiyini bildirib. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” müdafiə idarəsinin bəyanatına istinadən xəbər verir. Qeyd olunur ki, sınaq Fransanın nüvə çəkindirmə qüvvələrinin imkanlarını təsdiqləmək məqsədi daşıyır. Nüvə döyüş başlığı olmayan M51.3 raketi Bretaniya (Fransada region – red.) sahillərində buraxılıb. Sınaq, […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.