Year: 2026

Kriminal
Gündəm KriminaI Ölkə

Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb

Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb. Əks-səda xəbər verir ki, 1994-cü il təvəllüdlü Cavid Nəzərli oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimində Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyülüb. Ağır xəsarətlər alan C. Nəzərli təcili tibbi yardım avtomobili ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan yaralı […]

Hadisə
Dünya Gündəm Hadisə

Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb

Nigeriyanın Benue ştatındakı Katsina-Ala çayında 100-dən çox insanı daşıyan gəmi qəzaya uğrayıb. Əks-səda xəbər verir ki, bu barədə “Vanguard” qəzeti ştatın Fövqəladə Halların İdarə Olunması Agentliyinə (SEMA) istinadən yazır. Məlumata görə, hadisə ölkənin şərqindəki Buruku yaşayış məntəqəsi yaxınlığında baş verib. “Mövcud məlumatlara görə, göyərtəsində 100-dən çox insanın olduğu taxta kanoe şənbə günü çayı keçərkən çevrilib və […]

İqtisadiyyat
Gündəm İQTİSADİYYAT Ölkə

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,6 ABŞ dolları və ya 0,48 % artaraq 124,61 ABŞ dolları təşkil edib. Əks-səda xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 128,36 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,93 ABŞ […]

Gündəm KriminaI Ölkə

Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir

Tovuz rayonunda 29 yaşlı gənc bıçaqlanıb. Əks-səda xəbər verir ki, hadisə Ağdam kəndində baş verib. Belə ki, 1997-ci təvəllüdlü Nicat Məmmədov boğaz nahiyəsindən bıçaq xəsarəti alıb. Ona xəsarət yetirməkdə atası Aydın Məmmədov şübhəli bilinir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində ataşdırma başlanılıb.

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu gəlir vergisindən azad olunacaq. Əks-səda xəbər verir ki, bununla bağlı “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində qeyd olunub. Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bu gün Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 6-da Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Əks-səda xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Bəşir Səfəroğlu, İzmir, Məhəmməd Xiyabani, Mirəli Seyidov, Nəriman Nərimanov küçələri, Tbilisi prospekti və Yeni […]

Hadisə
Dünya Gündəm Hadisə

İngiltərədə miqrant əleyhinə keçirilən aksiyada 12 etirazçı saxlanılıb

İngiltərənin Hempşir qraflığında miqrantlar əleyhinə keçirilən etiraz aksiyasından sonra 12 nəfər saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə “Sky News” polisə istinadən məlumat yayıb. Hüquq-mühafizə orqanları saxlanılanları bir sıra hüquqpozmalarda, o cümlədən polis əməkdaşına hücumda, əmlaka qəsdən ziyan vurmaqda və sərxoş vəziyyətdə ictimai asayişi pozmaqda şübhəli bilir. Hadisə yerində az sayda polis əməkdaşına aldıqları xəsarətlərlə əlaqədar […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Sabahdan Azərbaycanda kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılacaq. Əks-səda bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir. Məlumata görə, müraciətlərin qəbulunun bərpa edilməsi tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Fasilənin məqsədi satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə artan müraciətlərin daha operativ qəbulu, daha şəffaf emalı və qiymətləndirilməsi, ərizəçilərə təyin olunan günlərdə […]

İdman
Dünya Gündəm Idman

“Real” müqaviləsinin müddətinin uzadılması ilə bağlı Arda Gülərlə razılığa gəlib

İspaniyanın “Real” klubu futbolçusu Arda Gülərin müqaviləsinin müddətini uzatmaqla bağlı razılığa gəlib. Əks-səda xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Tərəflər yeni sözləşmənin bütün detallarını razılaşdırıblar. Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir. Xatırladaq ki, Madrid klubu Türkiyə millisinin üzvünü 2023-cü ildə “Fənərbağça”dan 28 milyon avroya alıb. 21 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti 2029-cu ilin […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.