Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

Fransada etirazlar zamanı 5 mindən çox şəxs saxlanılıb

Fransada yuxarı sinif şagirdlərinin və tələbələrin hərəkatı başlayandan bəri 5 mindən çox etirazçı, o cümlədən İl-de-Frans regionunda 800 nəfər saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə BFMTV telekanalı mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, həbs olunanların 85 %-i yetkinlik yaşına çatmayanlardır. Medianın məlumatına görə, oktyabrın 6-na yeni ümummilli etiraz dalğası və təhsil işçiləri həmkarlar ittifaqlarının tətili […]

Azərbaycan
Gündəm Ölkə

Azərbaycan xüsusi təyinatlıları Pakistanda təlimlərdə iştirak edib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Pakistanda keçirilən “Birgə xüsusi əməliyyat qüvvələri təlimində” iştirak edib. Əks-səda xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Müdafiə Qüvvələri Qərargahı arasında imzalanmış “Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu”na əsasən, Kəraçi şəhərində keçirilən təlimdə xüsusi təyinatlılar terrorçu qruplar […]

Hadisə
Gündəm KriminaI Ölkə

Bakıda məktəbli bıçaqlanıb

Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. Əks-səda xəbər verir ki, xəsarət alan şagird ölüb. Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Siyasət
Dünya Gündəm Siyasət

Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Tehranda İranın xarici işlər naziri Abbas Əraqçi ilə TRIPP (“Tramp marşrutu”) layihəsinin icrasını müzakirə edib. Əks-səda xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb. Görüş zamanı tərəflər münasibətlərin strateji xarakterini vurğulayıblar. XİN rəhbərləri Ermənistan-İran sərhədində ikinci körpünün tikintisinin, üçüncü elektrik […]

Hadisə
Dünya Gündəm Hadisə

Zelenski: Rusiya Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu yük gəmisinə zərbə endirib

Neytral sularda qarğıdalı daşıyan və iki Rusiya pilotsuz uçuş aparatının zərbəsinə məruz qalan Türkiyə yük gəmisinin heyətinin tərkibinə Azərbaycan və Hindistan vətəndaşları da daxildir. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, hücum nəticəsində gəminin kapitanı ölüb. Daha bir ekipaj üzvünün taleyi məlum deyil. On bir ekipaj […]

Hadisə
Dünya Gündəm KriminaI

Moskva yaxınlığında insanları köləliyə məcbur edən cinayətkar dəstənin üzvləri saxlanılıb

Moskva yaxınlığında vətəndaşların köləliyə məcbur edilməsi işi üzrə saxlanılanlar zərərçəkənləri silah və elektroşokerlə hədələyiblər. Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk bildirib. Şübhəlilər Ramenskidə üçmərtəbəli fərdi ev kirayələyərək onu “işçi evi” kimi istifadə ediblər. Onlar, o cümlədən xarici vətəndaşlar arasında çətin vəziyyətə düşən şəxsləri taparaq […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, 7-si gecə və səhər isə bir qədər intensivləşəcəyi ehtimalı var. Azərbaycanın rayonlarında oktyabrın 6-sı axşamdan 7-si gündüzədək bəzi yerlərdə […]

İdman
Gündəm Idman Ölkə

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının açılış mərasimi baş tutub

Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının açılış mərasimi baş tutub. Əks-səda xəbər verir ki, tədbir mundialın keçirildiyi Milli Gimnastika Arenasında gerçəkləşib. Açılış mərasimində Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev, İJF və ACF nümayəndələri, həmçinin dövlət rəsmiləri iştirak ediblər. İlk olaraq Azərbaycan idmanına həsr olunmuş film nümayiş olunub. […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bakı metrosu ilə ötən ay 14 milyondan çox sərnişin daşınıb

Bu ilin sentyabr ayında sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Əks-səda xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən “Xocəsən” və “Avtovağzal” stansiyalarından ay sonuna qədər ümumilikdə 120 336 sərnişin istifadə edib. Ötən ay ayın lideri 1 474 403 sərnişinlə “28 May” stansiyası […]

İdman
Gündəm Idman Ölkə

“Sabah” Çexiya klubunun azarkeşləri üçün 3 700-ə yaxın bilet ayırıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq “Sabah” – “Slaviya” (Çexiya) oyunu ilə bağlı qonaq azarkeşlərə 3 675 yer ayrılıb. Əks-səda xəbər verir ki, bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Həmçinin stadiona maksimum A4 ölçüsündə çantalarla daxil olmağa icazə veriləcəyi bildirilib. Arenaya spirtli içkilər, pirotexnika, irihəcmli əşyalar və digər qadağan olunmuş vasitələrin […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.