Year: 2026

Texnologiya
Dünya Gündəm Texnologiya

“OpenAI” BƏƏ fondları ilə 10 mlrd dollara qədər vəsait cəlb etmək üçün danışıqlar aparır

“OpenAI” şirkəti azı 30 milyard dollar dəyərində yeni maliyyələşdirmə mərhələsində iştirak etmək üçün BƏƏ investisiya fondları ilə danışıqlar aparır. Əks-səda “Bloomberg”ə istinadən xəbər verir ki, BƏƏ investorları “OpenAI”ı birgə maliyyələşdirmək üçün tərəfdaşlıq yaratmaq imkanlarını müzakirə edirlər. Agentliyin mənbələrinin məlumatına görə, BƏƏ fondlarından ümumi potensial investisiya 10 milyard dollara çata bilər. Amerika investisiya şirkəti “BlackRock” da maliyyələşdirmə […]

Sağlamlıq
Dünya Gündəm Sağlamlıq

Nyu-York ştatında qızılcanın yayılması ilə bağlı fövqəladə vəziyyət elan olunub

Nyu-York ştatının qubernatoru Keti Hokul qızılcaya yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Əks-səda xəbər verir ki, sərəncam Nyu-Yorkun ərazilərində və qonşu ştatlarda yoluxma hallarının artması fonunda imzalanıb. Fövqəladə vəziyyət əhalini peyvənd etmək və test aparmaq üçün əlavə səhiyyə işçilərinin cəlb olunmasına imkan verəcək. 2026-cı ilin əvvəlindən bəri Nyu-York ştatında qızılcaya 108 yoluxma qeydə […]

Siyasət
Dünya Gündəm Siyasət

Tramp B-1 bombardmançılarının Britaniyadan çıxarılmasını təhdidlərlə əlaqələndirib

ABŞ təhdidlər səbəbindən B-1 strateji bombardmançı təyyarələrini Böyük Britaniyadakı Ferford aviabazasından çıxarıb. Əks-səda xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu açıqlamanı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən verib. “Onlar oradan təsadüfən uçmayıblar. Bəzi təhdidlər var idi”, – o deyib. Trampın sözlərinə görə, iddia edilən təhdidlər İranla əlaqəli ola bilərdi. “Onlar İranla əlaqəli olardı”, – ABŞ Prezidenti […]

Siyasət
Gündəm Ölkə Siyasət

Azərbaycan və Rusiya rəsmiləri Şimal-Cənub Dəhlizinin inkişafını müzakirə ediblər

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və iki ölkə arasında yük daşımalarının genişləndirilməsi məsələlərini müzakirə ediblər. Əks-səda xəbər verir ki, məsələlər Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrlərinin iclasında müzakirə olunub. Tərəflər həmçinin ticarət, iqtisadiyyat və investisiya, sənaye, energetika, […]

İdman
Dünya Gündəm Idman

UEFA Millətlər Liqası: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib

UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun növbəti oyunları keçirilib. Əks-səda xəbər verir ki, A, B və C liqalarında ümumilikdə 8 qarşılaşma baş tutub. Turun mərkəzi matçlarında A Liqasının 1-ci qrupunda Fransa millisi Belçikanı (4:1), İtaliya yığması isə Türkiyəni (3:1) məğlub edib. UEFA Millətlər Liqası Qrup mərhələsi 5 oktyabr A Liqası 1-ci qrup 22:45. Fransa – […]

Hadisə
Gündəm Hadisə Ölkə

Astarada avtomobil aşıb, ölən var

Astarada ölümlə nəticələnən yol qəzası baş verib. Əks-səda xəbər verir ki, hadisə Hamoşam kəndində qeydə alınıb. Kənd sakini, 1966-cı il təvəllüdlü sürücü Əlikram Ağayev torpaq yolda VAZ-2121-ə (“Niva”) idarəetməni itirib, nəticədə avtomobil aşıb. Ə.Ağayev hadisə yerində ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib. Faktla bağlı […]

Hadisə
Dünya Gündəm Hadisə

Çində mədəni su basıb, ölənlər var

Çinin cənub-qərbindəki Çuntsin şəhərində mədəni yağış sularının basması nəticəsində 7 nəfər ölüb. Əks-səda “China Daily”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Bildirilib ki, ölənlər iki qəza sərhədində, tujia və miao xalqlarının yaşadığı ərazidə yerləşən bağlanmış və istifadəsiz mədəndə qanunsuz işləri aparıblar. İstintaq tədbirləri çərçivəsində qanunsuz hasilatda şübhəli bilinən 21 nəfər saxlanılıb. Faktla […]

Cəmiyyət
Cəmiyyət Dünya Gündəm Hadisə

Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir

Bu ilin yayında rekord dərəcədə istilər səbəbindən Fransanın iqtisadi itkiləri azı 16 milyard avro təşkil edib. Əks-səda xəbər verir ki, bu rəqəmləri Fransa Milli Assambleyasının Maliyyə komitəsinin sədri Erik Kokrel parlament dinləmələrində səsləndirib. Onun sözlərinə görə, rəsmi qurumlar hələlik istilərin fəsadlarının tam qiymətləndirməsini təqdim etməyiblər. Deputat iqtisadiyyata, büdcəyə, əhalinin və müəssisələrin xərclərinə təsiri nəzərə alaraq, zərərin […]

Hadisə
Gündəm Hadisə Ölkə

Nərimanovda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Əks-səda FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onmərtəbəli yaşayış binasında baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın […]

Kriminal
Gündəm KriminaI Ölkə

Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb

Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb. Əks-səda xəbər verir ki, 1994-cü il təvəllüdlü Cavid Nəzərli oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimində Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyülüb. Ağır xəsarətlər alan C. Nəzərli təcili tibbi yardım avtomobili ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan yaralı […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.