• Home  
  • İndoneziya sahillərində yenidən güclü zəlzələ baş verib
- Dünya - Gündəm - Hadisə

İndoneziya sahillərində yenidən güclü zəlzələ baş verib

İndoneziya sahillərində 6,0 maqnitudalı zəlzələ qeydə alınıb. Əks-səda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin episentri Sulavesi adasındakı Palu şəhərindən 128 kilometr şimalda yerləşib. Şəhərdə təxminən 282 min nəfər yaşayır. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə olub. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib. Qeyd edək ki, bu, […]

İndoneziya sahillərində 6,0 maqnitudalı zəlzələ qeydə alınıb.

Əks-səda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin episentri Sulavesi adasındakı Palu şəhərindən 128 kilometr şimalda yerləşib. Şəhərdə təxminən 282 min nəfər yaşayır. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Qeyd edək ki, bu, sutka ərzində adada qeydə alınan artıq üçüncü zəlzələdir. Daha əvvəl İndoneziya sahillərində 7,7 və 6,8 maqnitudalı iki zəlzələ nəticəsində 47 nəfərin öldüyü bildirilmişdi.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.