• Home  
  • ABŞ-də fırtına daşqınlara və insan ölümlərinə səbəb olub
- Dünya - Gündəm - Hadisə

ABŞ-də fırtına daşqınlara və insan ölümlərinə səbəb olub

ABŞ-nin İndiana ştatında baş verən fırtına və daşqın nəticəsində azı yeddi nəfər ölüb. Əks-səda “New York Times” qəzetinə istinadən xəbər verir ki, fırtına ştatı 11 avqustda vurub. Bəzi ərazilərdə küləyin sürəti 44 m/s-ni keçib və suyun səviyyəsi 113 illik maksimuma çatıb. “PowerOutage.us”un məlumatına görə, fırtına səbəbindən İndiana və Havayın 280 000-dən çox sakini elektriksiz qalıb. […]

ABŞ-nin İndiana ştatında baş verən fırtına və daşqın nəticəsində azı yeddi nəfər ölüb.

Əks-səda “New York Times” qəzetinə istinadən xəbər verir ki, fırtına ştatı 11 avqustda vurub. Bəzi ərazilərdə küləyin sürəti 44 m/s-ni keçib və suyun səviyyəsi 113 illik maksimuma çatıb.

“PowerOutage.us”un məlumatına görə, fırtına səbəbindən İndiana və Havayın 280 000-dən çox sakini elektriksiz qalıb. İndianada daşqınlar səbəbindən 130 400-dən çox insan, Havayda isə təxminən 151 500 abonent elektriksiz qalıb.

Havayda elektrik kəsintiləri əsasən “Lala” qasırğasından zərər çəkən Havay, Honolulu və Maui dairələrinə təsir edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.