• Home  
  • Amurda baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb
- Dünya - Gündəm - Hadisə

Amurda baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Rusiyada Amur qaz-kimya kompleksinin tikinti meydançasında baş verən yanğında ölənlərin sayı 7 nəfərə çatıb, ümumilikdə 152 nəfər tibbi yardım üçün müraciət edib. Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, yanğından sonra 9 Çin vətəndaşının taleyi məlum deyil. “Podratçı təşkilatın əməkdaşları olan daha 9 Çin vətəndaşının taleyi naməlum […]

Hadisə

Rusiyada Amur qaz-kimya kompleksinin tikinti meydançasında baş verən yanğında ölənlərin sayı 7 nəfərə çatıb, ümumilikdə 152 nəfər tibbi yardım üçün müraciət edib.

Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, yanğından sonra 9 Çin vətəndaşının taleyi məlum deyil.

“Podratçı təşkilatın əməkdaşları olan daha 9 Çin vətəndaşının taleyi naməlum olaraq qalır. Axtarış-xilasetmə işləri davam edir”, – şirkətdən bildirilib.

Yanğından sonra 36 nəfər xəstəxanaya yerləşdirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.