İstanbul vilayətində Türkiyədə terror hazırlıqları görən İŞİD qruplaşmasının üzvünə qarşı əməliyyat keçirilib.
Əks-səda xəbər verir ki, bu barədə vilayət administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, Terrorla Mübarizə Baş İdarəsi digər qurumlarla birgə Türkiyədə terror törətməyə hazırlanan İŞİD üzvü Berkan Ç. adlı şəxsin saxlanılması istiqamətində İstanbulun Sultanbəyli rayonunda əməliyyat keçirib. Əməliyyat zamanı təhlükəsizlik qüvvələri ilə atışmada terrorçu zərərsizləşdirilib. Atışma nəticəsində bir mülki şəxs yaralanıb.
Açıqlamada hadisə ilə bağlı araşdırmanın davam etdiyi vurğulanıb.


