• Home  
  • Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur
- Dünya - Gündəm - Siyasət

Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

Türkiyə-Yunanıstan münasibətləri seçki materialı edilməyəcək qədər həssas və mühümdür. Əks-səda xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkdakı Türk Evində jurnalistlərlə bildirib. “Onsuz da Yunanıstanın və ya digər qonşularımızın daxili siyasəti ilə maraqlanmaq kimi bir dərdimiz yoxdur. Yunanıstanda seçki olar, hökumət dəyişər, müxalifət dəyişər; bunlar bizim […]

Siyasət

Türkiyə-Yunanıstan münasibətləri seçki materialı edilməyəcək qədər həssas və mühümdür.

Əks-səda xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkdakı Türk Evində jurnalistlərlə bildirib.

“Onsuz da Yunanıstanın və ya digər qonşularımızın daxili siyasəti ilə maraqlanmaq kimi bir dərdimiz yoxdur. Yunanıstanda seçki olar, hökumət dəyişər, müxalifət dəyişər; bunlar bizim məsələmiz deyil”, – o deyib.

Ərdoğan qeyd edib ki, əsas məsələ Türkiyənin hüquqları, təhlükəsizliyi, Egey və Şərqi Aralıq dənizində sülh və sükunətin qorunmasıdır: “Bunu ilk növbədə çox aydın şəkildə demək istəyirəm; Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur, NATO çətiri altında müttəfiqidir.

İki ölkə münasibətləri seçki materialı edilməyəcək qədər həssas və mühümdür. Sözügedən müzakirələrə bu prizmadan baxırıq. Biz öz gündəmimizə köklənmişik, indi də öz işimizlə məşğuluq.”

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.