Ağcabədi rayonunda 8 kiloqram narkotik vasitə aşkarlanıb.
Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, keçirilən tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini E.Məmmədov saxlanılıb. Ondan 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, E.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.


