• Home  
  • Niderlandda gənclər hərbi xidmətə çağırışın bərpası əleyhinə tətil keçirəcək
- Cəmiyyət - Dünya - Gündəm

Niderlandda gənclər hərbi xidmətə çağırışın bərpası əleyhinə tətil keçirəcək

Noyabrın 20-də Niderlandda gənclər hökumətin məcburi hərbi xidməti bərpa etmək planlarına qarşı ümumxalq tətili keçirəcək. Əks-səda NOS telekanalına istinadən xəbər verir ki, etiraz bir neçə pasifist birlik tərəfindən təşkil olunacaq. Onlar ordunun şəxsi heyətinin sayı və hərbi büdcənin artırılması da daxil olmaqla hökumətin hərbiləşdirmə siyasətinə qarşı çıxırlar. Qarşıdan gələn tətilin formatı ilə bağlı təfərrüatlar hələ açıqlanmayıb. […]

Dünya

Noyabrın 20-də Niderlandda gənclər hökumətin məcburi hərbi xidməti bərpa etmək planlarına qarşı ümumxalq tətili keçirəcək.

Əks-səda NOS telekanalına istinadən xəbər verir ki, etiraz bir neçə pasifist birlik tərəfindən təşkil olunacaq.

Onlar ordunun şəxsi heyətinin sayı və hərbi büdcənin artırılması da daxil olmaqla hökumətin hərbiləşdirmə siyasətinə qarşı çıxırlar. Qarşıdan gələn tətilin formatı ilə bağlı təfərrüatlar hələ açıqlanmayıb.

Niderlandda hərbi xidmətə çağırış rəsmi olaraq ləğv edilməyib, 17 yaşdan 45 yaşa qədər kişilərə və qadınlara şamil olunur. Bununla belə, məcburi hərbi xidmət 1 may 1997-ci ildə dayandırılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.