Bakının Yasamal rayonu, H.Zərdabi küçəsi 69 ünvanından keçən, diametri 200 mm olan içməli su xəttində qəza baş verib.
Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “İri Şəhərlərin Su Təchizatı” QSC məlumat yayıb.
Bildirilib ki, məsələ ilə bağlı məlumat daxil olan kimi dərhal əraziyə briqada və texnika cəlb olunub. “Su axıntısının qarşısı alınıb. Hazırda qəzanın aradan qaldırılması işləri həyata keçirilir”, – məlumatda qeyd olunub.


