• Home  
  • Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
- Cəmiyyət - Gündəm - Ölkə - Sağlamlıq

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib

Oqtay İsmət oğlu Gözəlov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru təyin edilib. Əks-səda xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd edək ki, O.Gözəlov fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib. Beynəlxalq Qızıl Xaç Komitəsi, “Sərhədsiz Həkimlər” və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində, həmçinin KfW İnkişaf Bankının maliyyələşdirdiyi layihələrdə ekspert […]

Sağlamlıq

Oqtay İsmət oğlu Gözəlov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru təyin edilib.

Əks-səda xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd edək ki, O.Gözəlov fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib. Beynəlxalq Qızıl Xaç Komitəsi, “Sərhədsiz Həkimlər” və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində, həmçinin KfW İnkişaf Bankının maliyyələşdirdiyi layihələrdə ekspert və rəhbər vəzifələrdə çalışıb.

2008-ci ildən Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) müxtəlif rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərib. ÜST-nin İsveçrənin Cenevrə şəhərindəki Baş Qərargahında, Avropa, Yaxın Şərq və Qərbi Sakit Okean regionlarında, o cümlədən Danimarka və Özbəkistanda çalışıb. Son illərdə ÜST-nin Ukrayna Ölkə Ofisində komanda rəhbəri vəzifəsində fəaliyyət göstərib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.