Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış komplekslərindən birinin həyətində avtomobillərdə yanğın olub.
Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Yeni Bakı yaşayış massivində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “Mercedes”, “Lada” və “Hyundai” markalı minik avtomobillərinin yanar hissələri, həmçinin “Renault” markalı minik avtomobili qismən yanıb.
Yüksək temperaturun təsirindən “Baic” markalı minik avtomobilinin arxa işığı qismən əriyib.
Hadisənin başvermə səbəbi və digər təfərrüatlar dəqiqləşdirilir.


