• Home  
  • İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
- Manşet - Ölkə - Rəsmi - Siyasət

İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar

Ermənistanın əvvəlki hökuməti və Azərbaycana zərər vuran prezidentləri indiyədək lazımi cəzalarını almayıblar. Əks-səda xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, heç bir beynəlxalq qurum Azərbaycana ərazisinin işğalı zamanı dəstək göstərmirdi, Ermənistana isə yardım edilirdi. Dövlət başçısı […]

Ermənistanın əvvəlki hökuməti və Azərbaycana zərər vuran prezidentləri indiyədək lazımi cəzalarını almayıblar.

Əks-səda xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, heç bir beynəlxalq qurum Azərbaycana ərazisinin işğalı zamanı dəstək göstərmirdi, Ermənistana isə yardım edilirdi.

Dövlət başçısı xatırladıb ki, 30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdu. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlarından qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz edib.

İlham Əliyev vurğulayıb ki, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalıb.

Prezident həmçinin qeyd edib ki, məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyıb.

“Ermənistanın keçmiş rəhbərliyi, ölkənin hər üç sabiq prezidenti və onların tərəfdarları – bu müharibə cinayətkarları və uşaq qatilləri indiyədək layiqli cəzalarını almayıblar”, – dövlət başçısı bildirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.