• Home  
  • Oman sahillərində tanker vurulub
- Dünya - Gündəm

Oman sahillərində tanker vurulub

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri Dəniz Ticarət Daşınmaları Koordinasiya Mərkəzi (UKMTO) Oman sahillərində raketlə vurulan tankerlə bağlı yeni hadisə barədə məlumat verib. “Əks-səda” “ bu barədə TASS-a istinadən xəbər verir. “UKMTO, Omanın Limah şəhərindən 13 dəniz mili cənub-şərqdə baş verən hadisə barədə məlumat alıb. Tankerin komandası ərazidən çıxış istiqamətində cənub marşrutu üzrə hərəkət edərkən raketlə vurulub. […]

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri Dəniz Ticarət Daşınmaları Koordinasiya Mərkəzi (UKMTO) Oman sahillərində raketlə vurulan tankerlə bağlı yeni hadisə barədə məlumat verib.

Əks-səda” “ bu barədə TASS-a istinadən xəbər verir.

“UKMTO, Omanın Limah şəhərindən 13 dəniz mili cənub-şərqdə baş verən hadisə barədə məlumat alıb. Tankerin komandası ərazidən çıxış istiqamətində cənub marşrutu üzrə hərəkət edərkən raketlə vurulub. Səlahiyyətlilər araşdırma aparır”, – deyə koordinasiya mərkəzindən bildirilib.

Əlavə detallar açıqlanmayıb.

Qeyd edək ki, iyulun 13-nə keçən gecə UKMTO tankerin Oman sahillərindən 40 dəniz mili şimal-şərqdə raketlə vurulduğunu, ekipajın xəsarət almadığını bildirmişdi.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.