• Home  
  • Rusiya Dnepropetrovska zərbələr endirib, iki nəfər ölüb, üç nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

Rusiya Dnepropetrovska zərbələr endirib, iki nəfər ölüb, üç nəfər yaralanıb

Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonuna endirdiyi zərbələr nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb. Xilasedicilər zərərçəkənlərdən birini təhlükəli zonadan təxliyə edərək tibb müəssisəsinə çatdırıblar. Hücumlar nəticəsində müəssisə və avtomobillər zədələnib. Eyni zamanda, Dnepr, Pavloqrad və Sinelnikovo rayonları da zərbələrə […]

Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonuna endirdiyi zərbələr nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Xilasedicilər zərərçəkənlərdən birini təhlükəli zonadan təxliyə edərək tibb müəssisəsinə çatdırıblar. Hücumlar nəticəsində müəssisə və avtomobillər zədələnib.

Eyni zamanda, Dnepr, Pavloqrad və Sinelnikovo rayonları da zərbələrə məruz qalıb, orada qida sənayesi müəssisəsinin və kənd sovetinin binaları, təhsil müəssisəsi, fərdi evlər və mağazalar zədələnib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.