• Home  
  • Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini bıçaqlanıb
- Gündəm - KriminaI - Ölkə

Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini bıçaqlanıb

Abşeron rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Əks-səda xəbər verir ki, hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, ilkin məlumata görə, tibb müəssisəsinin baş həkiminin müavini Orxan Ənvərli əvvəllər orada çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb. Nəticədə vəzifəli şəxs bıçaq xəsarəti alıb. Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları cəlb olunub. Keçirilmiş əməliyyat-axtarış […]

Kriminal

Abşeron rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Əks-səda xəbər verir ki, hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Belə ki, ilkin məlumata görə, tibb müəssisəsinin baş həkiminin müavini Orxan Ənvərli əvvəllər orada çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb. Nəticədə vəzifəli şəxs bıçaq xəsarəti alıb.

Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları cəlb olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Orxan Ənvərli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. O, 2026-cı ilin yayında vəzifəsindən azad edilib və Abşeron rayon Xəstəxanasına baş həkimin müavini təyin edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.