Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

İsraildə yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb

İsrailin şimalındakı Kafr-Kara kəndi yaxınlığında açıq ərazidə yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. “Magen David Adom” təcili yardım xidmətinin məlumatına görə, xəsarət alanlardan biri huşsuz vəziyyətdədir və təyyarə qalıqları arasında sıxışıb qalıb, digəri isə orta ağır dərəcəli xəsarətlər alıb. Hadisə yerində xilasetmə işləri […]

İdman
Dünya Gündəm Idman

“Fiorentina”nın futbolçusu Dodo Avropanın aparıcı klublarının diqqət mərkəzindədir

İtaliyanın “Fiorentina” komandasının futbolçusu Dodo Avropanın aparıcı klublarının diqqət mərkəzindədir. Əks-səda “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “Milan”, “Yuventus” və İspaniya təmsilçisi “Barselona” 27 yaşlı cinah müdafiəçisi ilə maraqlanır. Braziliyalı oyunçunun Florensiya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında bitir. Tərəflər yeni sözləşmə barədə razılığa gələ bilməyiblər.

Texnologiya
Gündəm Ölkə Texnologiya

SOCAR Xəzər dənizində ilk dəfə 3D OBN seysmik tədqiqatı aparıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində ilk dəfə “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını uğurla tamamlayıb. Əks-səda xəbər verir ki, bu barədə SOCAR-ın “Azneft” İstehsalat Birliyi istinadən məlumat yayıb. Bildirilib ki, “Azneft”in istismar etdiyi yataqda 247,6 km² ərazini əhatə edən tədqiqat nəticəsində əldə olunan yüksək dəqiqlikli məlumatlar geoloji layların, tektonik qırılmaların və kollektorların […]

İdman
Dünya Gündəm Idman

“Real” Aleks Skottu heyətinə qatmaq istəyir

İspaniyanın “Real” klubu İngiltərə təmsilçisi “Bornmut”un futbolçusu Aleks Skottla maraqlanır. Əks-səda xəbər verir ki, paytaxt klubu 23 yaşlı yarımmüdafiəçini qış transfer dönəmində heyətinə qatmaq istəyir. A.Skott 2023-cü ildən “Bornmut”da çıxış edir. Ötən mövsüm Premyer Liqada 34 matçda iştirak edən oyunçu cari mövsüm 6 oyunda bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubu ilə müqaviləsinin […]

Cəmiyyət
Cəmiyyət Gündəm Manşet Ölkə

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Əks-səda xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, intensiv yağış yağacağı, bəzi həssas yerlərdə lokal subasma, dağ çaylarında isə qısamüddətli sel və daşqın baş […]

Hadisə
Dünya Gündəm Hadisə

Braziliyada Ali Məhkəmənin yaxınlığında şübhəli çanta aşkarlanıb

Braziliya polisi Braziliada Ali Məhkəmənin binasının yaxınlığında qoyulmuş şübhəli çantada partlayıcı qurğunun olub-olmadığını yoxlayır. Əks-səda “G1” portalına istinadən xəbər verir ki, 28 yaşlı kişi çantanı avtobus dayanacağında qoyduqdan sonra hasardan aşaraq məhkəmənin ərazisinə daxil olmağa cəhd edib. Kişi saxlanılıb. Hadisə yerinə gələn istehkamçılar çantanın içindəkiləri araşdırırlar. Binanın ətrafındakı ərazi mühasirəyə alınıb.

Dünya Gündəm Hadisə

Husilərə yardım edən ABŞ Energetika Nazirliyinin əməkdaşı saxlanılıb

ABŞ Energetika Nazirliyinin əməkdaşı ölkədə terror təşkilatı kimi tanınan Yəmənin “Ənsar Allah” hərəkatına (husilər) maddi yardım göstərməyə cəhd etməkdə ittiham olunaraq Vaşinqton ştatında saxlanılıb. Əks-səda ABŞ Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, Riçlend şəhərinin 51 yaşlı sakini Eşton Hamed Ellabudi oktyabrın 1-də səhər saatlarında saxlanılıb. İstintaqın versiyasına görə, dövlət qulluqçusu xaricə səfərlər edib və peşəkar biliklərindən […]

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır. Əks-səda xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib. “Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır – müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə […]

Texnologiya
Dünya Gündəm Texnologiya

Qırğızıstan ilk dəfə öz milli peykini kosmosa göndərib

Qırğızıstan ilk dəfə öz milli peykini kosmosa göndərib. Əks-səda Qırğızıstan Prezidentinin Administrasiyasına istinadən xəbər verir ki, buraxılış oktyabrın 1-də ABŞ-nin Kaliforniya ştatındakı Vandenberq bazasından SpaceX şirkətinə məxsus Falcon 9 daşıyıcı raketi ilə həyata keçirilib. Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ-ya işgüzar səfəri çərçivəsində buraxılış mərasimində iştirak edib. Peyk digər kosmik aparatlarla birlikdə orbitə çıxarılıb. Onun idarə edilməsi […]

Hadisə
Dünya Gündəm Hadisə

Almaniyada İŞİD-çi saxlanılıb

Almaniyanın Ayzenax şəhərində İŞİD terror təşkilatında iştirakda şübhəli bilinən Küveyt əsilli şəxs saxlanılıb. Əks-səda Almaniya Federal Baş Prokurorluğuna istinadən xəbər verir ki, Qərib S. Almaniya Federal Kriminal Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 15-də Federal Ali Məhkəmənin istintaq hakiminin verdiyi order əsasında saxlanılıb. İstintaqın məlumatına görə, şübhəli şəxs 2016-cı ilin avqustunda İraqda İŞİD-ə qoşulub. O, 2017-ci ilin […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.