Year: 2026

Leyla Əliyeva
Gündəm Mədəniyyət və Incəsənət Ölkə

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Sentyabrın 29-da Müqəddəs Taxt-Tacda “Səmavi dinlər” layihəsi çərçivəsində iudaizm, xristianlıq və İslam dinlərinə həsr olunmuş Azərbaycan xalçaları sərgisinin açılış mərasimi keçirilib. Əks-səda xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər. Açılış məramisində çıxış edən Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini mədəniyyətin və yaddaşın sülhün əsas sütunları olduğunu bildirərək deyib: […]

Hadisə
Dünya Gündəm Hadisə

“Fars”: İran Hörmüzdən icazəsiz keçmək istəyən neft tankerinə hücum edib

Hörmüz boğazında neft tankerində partlayış baş verib. Əks-səda “Fars” agentliyinə istinadən xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. Bildirilib ki, partlayan tankerin daşınması məqsədilə bir gəmi hazırda Hörmüz boğazının cənub istiqamətində hərəkət edir. Agentliyinin məlumatına görə, neft tankeri İranın icazəsi olmadan Hörmüz boğazından keçdiyi və qaydaları pozduğu üçün hədəfə alınıb. “Hadisə ABŞ Prezidenti Donald Trampın […]

İdman
Dünya Gündəm Idman

Kriştianu Ronaldu Danimarka ilə oyun öncəsi komandanın məşqinə qatılmayıb

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu UEFA Millətlər Liqasında Danimarkaya qarşı keçiriləcək oyun öncəsi komandanın ümumi məşqində iştirak etməyib. Əks-səda xəbər verir ki, bu barədə “Record” məlumat yayıb. 41 yaşlı futbolçu Malmödə məşqin başlamasına təxminən 30 dəqiqə qalmış meydana çıxıb. Lakin daha sonra soyunub-geyinmə otağına yollanaraq komandanın qaldığı otelə qayıdıb. Portuqaliya Futbol Federasiyası (FPF) bildirib ki, Ronaldu otelin […]

Hadisə
Dünya Gündəm Hadisə

Türkiyədə yol qəzasında 23 nəfər yaralanıb

Türkiyənin Balıkəsir vilayətində traktorun qoşqusu aşıb, 23 nəfər xəsarət alıb. Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Əraziyə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Hadisə
Dünya Gündəm Hadisə KriminaI

İranda silahlı şəxslərlə polis arasında atışma baş verib

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində genişmiqyaslı atışma baş verib. Əks-səda “Tasnim”ə istinadən xəbər verir ki, polis silahlı quldurlara qarşı əməliyyat keçirib. Məlumata görə, əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı şəxslərlə qarşıdurmaya girib və nəticədə cinayətkarlar zərərsizləşdirilib. Saxlanılan şəxslərin sayı, qarşıdurmada iştirak edənlərin vəziyyəti və hadisənin digər detalları ilə bağlı məlumatların hüquq-mühafizə orqanlarının rəsmi […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bakının bəzi küçələrində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məlumata əsasən, Binəqədi rayonu üzrə: Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Sabah rayonlara yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19° isti, gündüz 21-25° isti olacaq. […]

İdman
Gündəm Idman Ölkə

Azərbaycan – Lixtenşteyn oyununun hakimləri müəyyənləşib

UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan – Lixtenşteyn oyununun hakimləri müəyyənləşib. Əks-səda xəbər verir ki, D Liqasında 2-ci qrupun qarşılaşması Avstriyadan olan ədalət təmsilçilərinə tapşırılıb. FIFA referisi Kristian-Petru Çokirkaya həmyerliləri Maksimilian Vays və Mihael Obritsberqer kömək göstərəcək. Dördüncü hakim funksiyasını Şafak Parmaksız yerinə yetirəcək. VAR-da Manuel Şyuttenqruber, AVAR-da Aleksander Harkam əyləşəcəklər. Xatırladaq ki, Azərbaycan – Lixtenşteyn oyunu […]

Hadisə
Gündəm Hadisə Ölkə

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edilib

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük nəzarətindən gizlədilən külli miqdarda brilyant qaşların ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Əks-səda komitəyə istinadən xəbər verir ki, Şarja-Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan vətəndaşı “Yaşıl Kanal” buraxılış sistemindən keçməklə gömrük nəzarəti zonasını tərk etmək istəyib. Vətəndaşın davranışları şübhə doğurduğu üçün gömrük əməkdaşları tərəfindən sərnişin “Qırmızı […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.