Year: 2026

Prezident İlham Əliyev
Gündəm Ölkə Rəsmi

FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

Azərbaycanda səfərdə olan FIFA-nın prezidenti Canni İnfantino Prezident İlham Əliyevə üzərində dövlət başçısının soyadı yazılmış forma və top hədiyyə edib. Əks-səda xəbər verir ki, C.İnfantino hədiyyələri bu gün dövlət başçısının qəbulunda olarkən təqdim edib. Canni İnfantino, həmçinin xatirə hədiyyəsi kimi İlham Əliyevə FİFA-nın rəmzi sarı və qırmızı vərəqələrini, eləcə də vımpelini verib.

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. Əks-səda xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkür etdi. Dövlət başçısı gələn ay Azərbaycanda ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı […]

İdman
Gündəm Idman Ölkə

FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlib

FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlib. Əks-səda xəbər verir ki, bu barədə AFFA-dan bildirilib. Funksioner Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı ölkəmizə gəlib. Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da təşkil olunacaq. Azərbaycan millisi AF qrupunda yer alıb. Yığma Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla mübarizə aparacaq.

Hadisə
Gündəm Hadisə Ölkə

Kürdəmirdə ildırım vuran kişi ölüb

Kürdəmirdə 51 yaşlı kişini ildırım vuraraq öldürüb. Əks-səda xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Ağsu rayon Qasımbəyli kənd sakini Hacıalıyev Zahir Vahid oğlu qoyun otarmaqdan qayıdarkən onu ildırım vurub. O, elə hadisə yerində keçinib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub və onun meyiti ərazidən götürülərək aidiyyəti […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Cəlilabadda elmə məlum olmayan yaşayış məskəni aşkar edilib

Cəlilabad rayonunda yaşayış məskəni aşkarlanıb. Əks-səda xəbər verir ki, rayonun Təklə kəndi ərazisində ilk dəfə elmə məlum olmayan yaşayış məskəni – Oğlantəpə aşkar edilib. AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Muğan tunc – ilk dəmir dövrü arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi ilə ərazidə kəşfiyyat xarakterli tədqiqatlar aparılıb. Cəfərli […]

Siyasət
Dünya Gündəm Siyasət

SEPAH: Fars körfəzində ABŞ-nin hərbi gəmisi qalmayıb

Fars körfəzində ABŞ-nin hərbi gəmiləri yoxdur və su nəqliyyat vasitələri Hörmüz boğazından 500 kilometr aralıdadır. Əks-səda xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohəbbi “Tasnim”ə müsahibə zamanı deyib. “Müharibədən əvvəl Fars körfəzində 30-40 Amerika hərbi gəmisinin olduğuna şahid idik, amma bu gün vəziyyət tamamilə dəyişib”, o bildirib və əlavə edib ki, Fars […]

Siyasət
Dünya Gündəm Siyasət

Serbiya Fransadan yeni döyüş təyyarələri alır

Serbiya Fransa istehsalı olan 12 yeni “Rafale” döyüş təyyarəsi alacaq. Əks-səda xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarında qəbul edəcək. Ondan sonra ölkəyə hər ay 1 “Rafale” gətiriləcək. S.Mali bildirib ki, təyyarələrin alınması üzrə ödənişlər qrafikə uyğun […]

Hadisə
Dünya Gündəm Hadisə

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb

Rusiyanın Amur vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Mazanovsk rayonunda qəzaya uğrayan təyyarənin göyərtəsində 9 nəfər olub. Yaralanmış bir nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir.

Hadisə
Dünya Gündəm Hadisə

Myanmada bazar yaxınlığına endirilən aviazərbə nəticəsində 49 nəfər ölüb

Myanma hərbçiləri tərəfindən üsyançı qruplaşmanın nəzarətində olan ərazidəki bazarın yaxınlığına endirilən aviazərbə nəticəsində azı 49 nəfər ölüb, 58 nəfər isə yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” qruplaşmanın və xilasetmə xidmətinin nümayəndələrinə istinadən məlumat yayıb. Onların açıqlamasına görə, hərbçilər ora iki bomba atıblar. Myanma ordusu hələ ki, bu zərbəni şərh etmir. Bundan əvvəl ordu […]

Hadisə
Gündəm Hadisə Ölkə

Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.