Year: 2026

İdman
Gündəm Idman Ölkə

“Qarabağ” – “Neftçi” oyununun vaxtı bəlli olub

Misli Premyer Liqasında VIII turun oyun cədvəli müəyyənləşib. Əks-səda Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun “Qarabağ” – “Neftçi” oyunu oktyabrın 17-də keçiriləcək. Qarşılaşma saat 19:00-da start götürəcək. Misli Premyer Liqası I dövrə, VIII tur 16 oktyabr (cümə) 15:00. “Şamaxı” – “Şəfa” Şamaxı şəhər stadionu 19:00. “Sumqayıt” – “Araz-Naxçıvan” Mehdi Hüseynzadə adına Sumqayıt […]

Hadisə
Dünya Gündəm Hadisə

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

Nigerin qərbində, “İslam Dövləti”nin regional qolu da daxil olmaqla cihadçı qrupların fəal olduğu Sahel bölgəsində iki hücum nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” agentliyinə iki təhlükəsizlik mənbəsi məlumat verib. Mənbələrin bildirdiyinə görə, ötən həftənin çərşənbə günü Abala-Filinqe şəhəri yaxınlığında jandarmlardan ibarət konvoya pusqu qurulub. Şənbə günü isə […]

İdman
Dünya Gündəm Idman

“Yuventus” “İnter”in futbolçusu Hakan Çalhanoğlu ilə maraqlanır

İtaliya A Seriyası təmsilçisi “Yuventus” “İnter”in türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə maraqlanır. Əks-səda xəbər verir ki, bu barədə “Calciomercato” nəşri məlumat yayıb. 32 yaşlı futbolçunun “İnter”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir. Tərəflər arasında sözləşmə müddətinin uzadılması ilə bağlı danışıqlar davam etmir. Razılıq əldə olunmasa, Turin klubunun Çalhanoğlunu transfer etmək üçün addım atacağı bildirilir. 2017-ci ildən […]

İdman
Dünya Gündəm Idman

UEFA Mbappeni 3 oyunluq diskvalifikasiya edib

UEFA Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Etan Mbappeni 3 oyunluq diskvalifikasiya edib. Əks-səda xəbər verir ki, 19 yaşlı futbolçu Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda İspaniyanın “Betis” klubuna qarşı keçirilən matçda birbaşa qırmızı vərəqə alıb. Mbappe rəqib komandanın müdafiəçisi Natana əl ilə zərbə endirib. Baş hakim Georgi Kabakov epizodu VAR vasitəsilə izlədikdən sonra fransalı futbolçunu meydandan kənarlaşdırıb. […]

Hadisə
Dünya Gündəm Hadisə

Nepalda leysanlar səbəbindən 20-dən çox insan ölüb

Nepalda davamlı leysanlar nəticəsində azı 21 nəfər ölüb. Əks-səda xəbər verir ki, bu barədə “The Kathmandu Post” nəşri yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Təkcə Qandaki əyalətində leysanla əlaqədar təbii fəlakətlər nəticəsində 11 nəfər ölüb, 4 nəfər yaralanıb, daha 4 nəfər isə itkin düşmüş hesab olunur. Bundan başqa, daşqın və torpaq sürüşmələri səbəbindən azı 1500 nəfər […]

İdman
Dünya Gündəm Idman

“Barselona” iki müdafiəçi ilə maraqlanır

İspaniyanın “Barselona” klubu heyətinə iki yeni futbolçu qata bilər. Əks-səda yerli “sport.es” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi müdafiə mövqeyini gücləndirmək niyyətindədir. Hazırkı ölkə çempionu Almaniyanın “Leyptsiq” komandasından David Raum və İngiltərənin “Kristal Pelas” klubundan Tayrik Mitçellə maraqlanır. Hər iki oyunçunun müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır. “Barselona” da futbolçuları azad agent kimi transfer […]

Hadisə
Gündəm Hadisə Ölkə

Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb

Şuşa rayonunun Cəmillər kəndi ərazisində mina partlayışı baş verib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb. Bildirilib ki, 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Bayramov Bəxtiyar Mirzə oğlunun keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə idarə etdiyi avtomobil tank əleyhinə minaya düşüb. Hadisə […]

Hadisə
Dünya Gündəm Hadisə

Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vurulub

Rusiya ordusunun sentyabrın 28-də Ukrayna paytaxtı Kiyevə reaktiv dron hücumları zamanı ölkənin Milli Elmlər Akademiyasının binasına da zərbələr endirilib. Əks-səda xəbər verir ki, zərbələr yerli vaxtla 14:15 radələrində olub. Kiyevin mərkəzində yerləşən Akademiyanın binasına zərbələrdən ölənlər və yaralananlar var. Sayları müəyyənləşdirilir.

İdman
Dünya Gündəm Idman

“Real” müdafiəçisi Raul Asensio ilə yolları ayırmağı düşünmür

İspaniya təmsilçisi “Real”ın (Madrid) müdafiəçisi Raul Asensio komandanı tərk etməyəcək. Əks-səda xəbər verir ki, “Kral klubu”nun rəhbərliyi 22 yaşlı futbolçu ilə yolları ayırmaq variantını nəzərdən keçirmir. Buna baxmayaraq, Asensionun xidmətində İngiltərə Premyer Liqasının iki klubu – “Çelsi” və “Liverpul” maraqlıdır. Qeyd edək ki, Asensio “Real”ın yetirməsidir. O, əsas komandada debüt etdikdən sonra 80 matçda meydana çıxıb, […]

Hadisə
Gündəm Hadisə Ölkə

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Ağsu rayonu, Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.