Aİ ukraynalı uşaqların Rusiyaya aparılmasına görə 10 şəxsə və 17 təşkilata sanksiya tətbiq edib
Avropa İttifaqı (Aİ) Şurası ukraynalı uşaqların Rusiyaya və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə qanunsuz deportasiyası və məcburi köçürülməsinə görə məsuliyyət daşıyan 10 şəxs və 17 təşkilata qarşı sanksiya tətbiq edib. Əks-səda xəbər verir ki, sanksiyalar həmçinin uşaqların məcburi assimilyasiyasına, o cümlədən ideoloji təbliğat və hərbi-vətənpərvərlik tərbiyəsinə cəlb olunmuş şəxslərə və təşkilatlara da şamil edilir. Siyahıya Moskva […]











