Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

Pakistanda polis furqonu atəşə tutulub, ölənlər və yaralılar var

Pakistanın Xayber-Paxtunxva əyalətinin Tank rayonunda silahlı hücum nəticəsində üç polis əməkdaşı həlak olub, daha üçü isə yaralanıb. Əks-səda DAWN-a istinadən xəbər verir ki, bu barədə polisin ilkin hesabatında bildirilib. Sənədə əsasən, naməlum silahlı şəxslər polis furqonuna atəş açıblar. Atışma nəticəsində yoldan keçən iki şəxs də xəsarət alıb, onlar xəstəxanaya çatdırılıb. Hücumdan sonra naməlum şəxslər yol polisinin […]

İdman
Dünya Gündəm Idman

“Barselona” Villian Estevaonu heyətinə qatmaq istəyir

İspaniya təmsilçisi “Barselona” İngiltərənin “Çelsi” klubunun futbolçusu Villian Estevaonu heyətinə qatmaq istəyir. Əks-səda xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb. 19 yaşlı hücumçu ilə London komandasının baş məşqçisi Xabi Alonso arasında fikir ayrılığı yaranıb. Oyunçu az forma şansı qazandığı üçün narazıdır. O, cari mövsüm Premyer Liqada cəmi 23 dəqiqə meydanda olub. Xartırladaq ki, Villian […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Ötən həftə 1385,8 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə sentyabrın 21-dən 27-dək 29 tank əleyhinə mina, 208 piyada əleyhinə mina, 1436 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Hesabata əsasən, həmin müddət ərzində 1385,8 ha ərazi minalardan təmizlənib. […]

Cəmiyyət
Cəmiyyət Dünya Gündəm

Gürcüstanda qanunsuz yaşayan 50 əcnəbi saxlanılıb, azərbaycanlı da var

Gürcüstanda qanunsuz əsaslarla olan 50 əcnəbi saxlanılıb, onların arasında Azərbaycan vətəndaşları da var. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Miqrasiya İdarəsinin əməkdaşlarının ölkə üzrə keçirdiyi xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində Nigeriya, Əfqanıstan, Azərbaycan, İran, Çin, Tayland, Rusiya, Hindistan, İraq, Türkmənistan və Misir vətəndaşları saxlanılıb. Müəyyən edilib ki, saxlanılan […]

Volodimir Zelenski
Dünya Gündəm Hadisə

Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın Kiyev vilayətinə endirdiyi zərbə nəticəsində iki nəfər həlak olub, onlardan biri Azərbaycan vətəndaşıdır. Əks-səda xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, Xarkovda çoxmərtəbəli yaşayış binasına zərbə endirilib, nəticədə ikinci və dördüncü mərtəbələr qismən dağılıb: “Sumı, Rovno, Xarkov və Odessa vilayətlərində yaşayış binalarına zərbələr […]

İdman
Dünya Gündəm Idman

“Arsenal” və “Tottenhem” İbrahim Maza ilə maraqlanır

Almaniyanın “Bayer 04” klubunun futbolçusu İbrahim Maza karyerasını İngiltərədə davam etdirə bilər. Əks-səda “Teamtalk”a istinadən xəbər verir ki, “Arsenal” və “Tottenhem” 20 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Hər iki klubun nümayəndələri Əlcəzair millisinnin üzvünü izləyir, onun inkişafını və transfer imkanlarını qiymətləndirirlər. Xatırladaq ki, İbrahim Mazanın Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb

Bu ilin yanvar–avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 % çoxdur. Bu müddətdə nağdsız ödənişlərin payı isə 84,3 %-dən 89,1 […]

Sağlamlıq
Dünya Gündəm Sağlamlıq

Konqoda Eboladan ölənlərin sayı 3,9 min nəfəri ötüb

Konqo Demokratik Respublikasında Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 8 mini ötüb. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” agentliyi Konqo hökumətinin məlumatına istinadən bildirib. İctimai Səhiyyə İnstitutunun son hesabatına görə, yoluxma hallarının sayı 8 067, ölüm hallarının sayı isə 3 901 təşkil edir. Ebola virusunun Bundibuqyo ştamının səbəb olduğu epidemiya yayılma miqyasına görə 2018-2020-ci illərin […]

Texnologiya
Dünya Gündəm Texnologiya

Cənubi Koreya 2029-cu ilə qədər öz peykinin istehsalına başlamağı planlaşdırır

Cənubi Koreya 2029-cu ilə qədər Koreya Mövqeləndirmə Sistemi (KPS) üçün özünün ilk peykinin istehsalına başlayacaq. Əks-səda “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Aerokosmik Sənaye İdarəsi (KASA) məlumat yayıb. Hökumət 14 il ərzində layihəyə 3,72 trilyon von (2,73 milyard dollar) investisiya yatırmağı planlaşdırır. 2035-ci ilə qədər səkkiz KPS peykinin orbitə çıxarılması nəzərdən keçirilir. KPS […]

Hadisə
Gündəm Hadisə Ölkə

Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var

Bərdə rayonunda minik avtomobili eşşək arabasına çırpılıb, ölən var. Əks-səda xəbər verir ki, hadisə Kələntərli kəndində qeydə alınıb. Belə ki, Bərdə rayon sakini Mənsur Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçmək istəyən eşşək arabasını vurub. Hadisə nətisində arabada olan Kələntərli kənd sakini Arif Babaşov hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.