Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

Rusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb

Rusiyanın Ulyanovsk vilayətində X-32 “Bekas” tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb və bunun sayəsində insan tələfatı və dağıntıların qarşısını almaq mümkün olub. İlkin məlumata görə, pilot xəsarət alıb. Qeyd edək ki, X-32 […]

Hadisə
Gündəm Hadisə Ölkə

Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Polis əməkdaşlarına silahlı müqavimət göstərən M.Mirzəyev tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Belə ki, qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan, əvvəllər qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

FHN: Bakı Konqres Mərkəzində yanğın hadisəsi qeydə alınmayıb

Bakı Konqres Mərkəzində heç bir yanğın hadisəsi qeydə alınmayıb. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hazırda FHN qüvvələri Bakı Konqres Mərkəzində keçirilən beynəlxalq tədbir ilə əlaqədar əraziyə cəlb olunub. “Mətbəx sahəsində havalandırma sistemi işə düşüb. Vəziyyət tam nəzarət altındadır və narahatlıq üçün heç bir əsas yoxdur”, – məlumatda […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

“Formula-1″ə görə Bakı bulvarının bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır

“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. Əks-səda xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış sərbəstdir.

Hadisə
Cəmiyyət Gündəm Ölkə

Coratda avtomat silah tapılıb

Sumqayıt şəhərinin Corat qəsəbəsində çimərlik ərazisində avtomat silah aşkarlanıb. Əks-səda xəbər verir ki, ərazidə aparılan tədbirlər zamanı istifadəyə yararlı 7,62 çaplı “Kalaşnikov” avtomatı tapılıb. Aşkar edilən silah aidiyyəti üzrə təhvil verilib, faktla bağlı araşdırma aparılır.

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Ağdam–Xankəndi dəmir yolunun tikintisinin 48 %-i başa çatıb

Qarabağın yeni nəqliyyat marşrutlarından biri olacaq Ağdam–Xankəndi dəmir yolu xəttinin bərpası davam edir. Əks-səda xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Bildirilib ki, dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 90 %-i, tikinti işlərinin isə 48 %-i başa çatıb. Qeyd edək ki, ümumi uzunluğu 30,8 kilometr olan dəmir yolu xətti boyunca 6 körpü, […]

Hadisə
Gündəm Hadisə Ölkə

Sumqayıtda piyada ölümü ilə nəticələnən avtoqəza olub

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza qeydə alınıb. Əks-səda xəbər verir ki, hadisə Koroğlu prospektində baş verib. Məlumata görə, 1991-ci il təvəllüdlü Aslanov Vüqar Elşən oğlu idarə etdiyi “BYD Destroyer A05” markalı avtomobillə piyada, 1973-cü il təvəllüdlü Həşimov Qabil Salman oğlunu vurub. Ağır xəsarətlər alan piyada həyatını itirib. Faktla bağlı araşdırma başlanıb.

Sosial
Cəmiyyət Gündəm Ölkə Sosial

Azərbaycanda sentyabr ayının pensiya ödənişləri yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Əks-səda xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə Azərbaycanın bölgələrində qeydiyyatda olan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə […]

Cəmiyyət
Cəmiyyət Gündəm Manşet Ölkə

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəh qəsəbəsində yerləşən ictimai çimərlikdə sahilyanı təmizlik aksiyası keçirilib. Əks-səda xəbər verir ki, çimərlik mövsümünün bitməsilə əlaqədar IDEA tərəfindən “Sahillər təmiz qalsın!” şüarı altında Ümumdünya Təmizlik Günü (World Cleanup Day) çərçivəsində təşkil olunan aksiyada 150-dən çox könüllü iştirak edib. Aksiya zamanı sahilyanı […]

Hadisə
Dünya Gündəm Hadisə

Pavloqradın azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinin azərbaycanlı polis rəisi, polkovnik-leytenant Rüstəm Vəliyevin iş otağı dron hücumuna məruz qalıb. Əks-səda xəbər verir ki, hücum zamanı bir neçə dron idarənin rəisin otağı istiqamətini hədəf götürüb. Otaq və bütün mərtəbə tamamilə sıradan çıxıb. R. Vəliyev otağı təhlükə hiss edən kimi tərk etdiyinə görə, xəsarət almayıb. İdarədə olan polislərdən də tələfat […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.