Year: 2026

İdman
Dünya Gündəm Idman

“Brayton” və “Aston Villa” Mauro Koroneli transfer etmək istəyir

İngiltərənin “Brayton” və “Aston Villa” klubları Paraqvayın “Nasyonal” komandasının müdafiəçisi Mauro Koroneli transfer etmək niyyətindədir. Əks-səda “Teamtalk”a istinadən xəbər verir ki, mərkəz müdafiəçisi mövqeyində çıxış edən 18 yaşlı paraqvaylı futbolçu ölkəsinin ən parlaq istedadlarından biri hesab edilir. O, “Nasyonal”ın əsas heyət üzvünə çevrilib və 2026-cı ildə yüksək liqada 16 matça çıxıb. Komanda bu qarşılaşmaların 8-də qapısını […]

Hadisə
Gündəm Hadisə Ölkə

Bakıda iki avtomobil toqquşub, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, Vahid Abdulla oğlu Məmmədovun idarə etdiyi “Opel Frontera” ilə Ozal Elman oğlu Yusifovun idarə etdiyi “Mercedes Benz E” markalı avtomobillər toqquşub. Nəticədə V.Məmmədov xəsarət alaraq xəstəxanaya çatdırılsa da, orada ölüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi […]

İqtisadiyyat
Gündəm İQTİSADİYYAT Ölkə

Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,54 ABŞ dolları və ya 4,53 % azalaraq 116,83 ABŞ dolları təşkil edib. Əks-səda xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 118,41 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,21 ABŞ […]

Hadisə
Dünya Gündəm Hadisə

Yaponiyada “Dujuan” qasırğası səbəbindən üç nəfər ölüb

Yaponiyanın Honşu adasının Sakit okean sahilləri boyunca keçən “Dujuan” qasırğası nəticəsində üç nəfər ölüb, daha iki nəfər isə itkin düşüb. Əks-səda Kanaqava və Tiba prefekturalarının polisinə istinadən xəbər verir ki, leysan yağışlarının yaratdığı torpaq sürüşmələri nəticəsində üç nəfər ölüb. Məlumata görə, hava şəraitinin yaxşılaşmasına baxmayaraq, Tokio ərazisində bir çox dəmir yolu xətlərində hərəkət hələ də dayandırılıb. […]

Hadisə
Gündəm Hadisə Ölkə

Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb. Əks-səda xəbər verir ki, Murad Haqverdi oğlu Mirəzizovun idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə Zarağan kəndi ərazisində hərəkətdə olarkən yolu keçən piyada Seyidməmməd İbrahim oğlu Zəkəriyəyevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

İqtisadiyyat
Dünya Gündəm İQTİSADİYYAT

ABŞ dizel yanacağının ixracını məhdudlaşdırmaq niyyətində deyil

ABŞ dizel yanacağının qiymətlərinin artmasına baxmayaraq, onun ixracını məhdudlaşdırmaq niyyətində deyil. Əks-səda xəbər verir ki, “Financial Times” (FT) bu barədə Amerika administrasiyasının əməkdaşına istinadən yazıb. Ağ ev hesab edir ki, belə bir qərar daxili bazarda dizel yanacağının qiymətlərini aşağı salmağa kömək etməyəcək.

Hadisə
Gündəm Hadisə Ölkə

Maştağada fərdi yaşayış evində partlayış olub, iki nəfər yaralanıb

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış olub. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 100 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən […]

Hadisə
Cəmiyyət Gündəm Hadisə Ölkə

Bakıda mopeddən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Nərimanov rayonu ərazisində bir nəfərə məxsus mopeddən 490 manat dəyərində çanta və əşyalar oğurlanıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 50 yaşlı İ. Seyidov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs kuryerin sifarişi təhvil vermək üçün mopeddən uzaqlaşdığını […]

Texnologiya
Dünya Gündəm Maraqlı Texnologiya

Böyük Britaniya ilk dəfə pilotsuz qurğudan torpedo buraxılışı həyata keçirib

Böyük Britaniya ilk dəfə pilotsuz sualtı qurğudan ağır torpedonun buraxılışını həyata keçirib. Əks-səda “The i Paper” nəşrinə istinadən xəbər verir ki, sınaq buraxılışı ötən həftə 12 metrlik “Excalibur” pilotsuz sualtı qurğusundan baş tutub. Nəşrin məlumatına görə, sututumu təxminən 19 ton olan qurğu min dəniz milinədək məsafə qət edə və suyun altında beş sutkayadək avtonom şəkildə qala […]

Cəmiyyət Dünya Gündəm

İrlandiya 43 Gürcüstan vətəndaşını deportasiya edib

İrlandiya 43 Gürcüstan vətəndaşını ölkədən deportasiya edib. Əks-səda xəbər verir ki, bu barədə İrlandiyanın Ədliyyə, Daxili İşlər və Miqrasiya Departamenti məlumat yayıb. Bildirilib ki, deportasiya edilənlər arasında 33 kişi, 7 qadın və üç uşaq var. İrlandiya polisi qeyd edib ki, deportasiya olunan kişilərdən dördünün müxtəlif cinayətlərə görə məhkumluğu var. Deportasiya edilən Gürcüstan vətəndaşlarını daşıyan təyyarə sentyabrın […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.