Year: 2026

İdman
Dünya Gündəm Idman

“Arsenal” “Sportinq”in futbolçusu İvan Fresneda ilə maraqlanır

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu İvan Fresneda karyerasını İngiltərədə davam etdirə bilər. Əks-səda xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb. “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən “Arsenal” 21 yaşlı cinah müdafiəçisi ilə maraqlanır. İspaniyalı oyunçu “Real”ın yetirməsidir. O, 2023-cü ildə 9 milyon avro qarşılığında “Valyadolid”dən “Sportinq”ə keçib. İvan Fresnedanın hazırkı müqaviləsinin müddəti 2028-ci […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Sabah Bakıda 29° isti olacaq, rayonlarda leysan yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək. […]

İdman
Dünya Gündəm Idman

Lamin Yamal şəxsi rekordunu təkrarlayıb

İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal şəxsi rekordunu təkrarlayıb. Əks-səda xəbər verir ki, 19 yaşlı vinger buna La Liqanın VI turunda “Rasinq”lə oyunda fərqlənməklə nail olub. 7:2 hesabı ilə qalib gəldikləri matçda sonuncu qolun müəllifi olan Yamal ardıcıl 5 görüşdə rəqib qapılarına yol tapır. Bu, onun karyerasında ardıcıl 5 görüşdə qol vurduğu ikinci belə haldır. Xatırladaq […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Əks-səda xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il yanvarın 2-si saat 06:00-dək uzadılıb. Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti bundan […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Metronun “Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşır

“Bakı Metropoliteni” QSC-nin Qırmızı xəttinin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. Əks-səda səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilir. Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb

Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsullarında uyğunsuzluq aşkarlanıb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin (AQTA) məlumat yayıb. Bildirilib ki, məhsul partiyasından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu müəyyən edilib. Bununla əlaqədar, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, ümumi çəkisi 22,6 kq istehlaka yararsız […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Ağcəbədidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

Ağcəbədi rayonu, Aşağı Avşar kəndində fəaliyyət göstərən fərdi sahibkar Qənbərov Gülmalı Gəncalı oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, yoxlama zamanı məlum olub ki, maye qazdoldurma məntəqəsində quraşdırılmış iki ədəd maye qaz çəninin üzərində olan qoruyucu klapanların dövri yoxlaması aparılmayıb, həmçinin […]

Hadisə
Gündəm Hadisə Ölkə

Yevlaxda 91 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

Yevlax rayonunda 4-cü mərtəbədən yıxılan 91 yaşlı qadın həyatını itirib. Əks-səda xəbər verir ki, Yevlax şəhəri, 32-ci məhəllə, bina 8, ev 26 ünvanında yaşayan 1935-ci il təvəllüdlü Məmmədova Qərənfil Həsən qızı yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilinin eyvanından yıxılaraq ölüb. Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

İdman
Dünya Gündəm Idman

Lionel Messi karyerasında 49-cu titulunu qazanıb

Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 49-cu titulunu qazanıb. Əks-səda xəbər verir ki, 39 yaşlı hücumçu ABŞ-nin “İnter Mayami” klubu ilə bu gün “Campeones Cup”a sahib çıxıb. MLS təmsilçisi finalda Meksikanın “Krus Asul” kollektivini iki cavabsız qolla üstələyib. Qollardan birini Messi vurub. Xatırladaq ki, Lionel Messinin “İnter Mayami” ilə 2028-ci ilin yayınadək müqaviləsi var. O, 2026 […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.