Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə KriminaI

İstanbulda LGBTİ+ dərnəklərinə qarşı əməliyyat keçirilib, 20 şübhəli həbs edilib

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən “cinayət törətmək məqsədilə təşkilat yaratmaq”, “fahişəlik”, “ədəbsizlik” və “istifadə etmək üçün narkotik vasitə saxlamaq və ya almaq” cinayətləri üzrə aparılan istintaq çərçivəsində 35 şübhəli saxlanılıb və onların polis idarəsindəki işləri tamamlanıb. Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, şübhəlilərdən 1-i prokurorluqdakı ifadəsindən sonra sərbəst buraxılıb. Şübhəlilərdən 20-sinin həbs edilməsinə, 14-ü barəsində […]

Sağlamlıq
Dünya Gündəm Sağlamlıq

Pensilvaniyada qızılca epidemiyası qeydə alınıb

ABŞ-nin Pensilvaniya ştatında son 35 ildə ilk dəfə olaraq qızılca xəstəliyi nəticəsində ölüm halları qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə ştatın Səhiyyə Departamenti məlumat yayıb. Qeyd olunub ki, xəstəliyin əsas ocağı Lankaster dairəsində yerləşir. Hakimiyyət orqanları immunizasiya kampaniyalarını və ictimai səhiyyə sahəsində maarifləndirmə işlərini fəallaşdırıb. “Departamentin məlumatına görə, ilin əvvəlindən qızılcaya yoluxanların sayı 731 […]

Volodimir Zelenski
Dünya Gündəm Siyasət

Zelenski məmurlar arasında anti-korrupsiya yoxlamalarının başlandığını bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski mərkəzi icra hakimiyyəti orqanları nümayəndələrinin irimiqyaslı anti-korrupsiya yoxlamalarını anons edib. Əks-səda xəbər verir ki, Ukrayna lideri bu barədə özünün “Telegram” kanalında yazıb. “Mən bu gün Ukraynanın Baş naziri Sergey Koretski ilə danışdım. Mərkəzi icra hakimiyyəti orqanlarında bütün rəhbərləri: həm təyin olunmuşları, həm də səlahiyyətləri icra edənləri yoxlamaq lazımdır. Vergi Xidmətindən, ARMA-dan (Aktivlərin […]

İdman
Dünya Gündəm Idman

UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib

UEFA Avropa Liqasında əsas mərhələyə start verilib. Əks-səda xəbər verir ki, ilk oyun günündə 9 matç keçirilib. Günün mərkəzi qarşılaşması İtaliyada baş tutub. “Milan” doğma azarkeşləri önündə Portuqaliyanın “Benfika” komandası ilə üz-üzə gəlib. UEFA Avropa Liqası Liqa mərhələsi I tur 16 sentyabr “Ararat-Armeniya” (Ermənistan) – “Sparta” (Çexiya) 1:4 “Omoniya” (Kipr) – “Selta” (İspaniya) 1:0 “Milan” (İtaliya) […]

Gündəm Hadisə Ölkə

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb. Əks-səda xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1979-cu il təvəllüdlü Əsədov Yalçın Arif oğlu yolu keçən zaman avtomobil onu vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.

Hadisə
Gündəm Hadisə Ölkə

İmişlidə zəlzələ olub

Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib.

İdman
Gündəm Idman Ölkə

“Qəbələ” Elvin Camalovu heyətinə qatdığını açıqlayıb

“Qəbələ” klubu heyətinə yeni futbolçu cəlb edib. Əks-səda xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Neftçi”dən ayrılan Elvin Camalovla 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, “Qəbələ” Akademiyasının yetirməsi olan 31 yaşlı oyunçu komandanın əsas heyətində 132 oyun keçirib.

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. Əks-səda xəbər verir ki, mətndə deyilir: “Hörmətli tədbir iştirakçıları! Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısında Bakı şəhərində səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Bu mötəbər tədbirin ilk dəfə Azərbaycanda təşkil edilməsi məmnunluq doğurur. Qardaş xalqlarımızı ortaq […]

Siyasət
Dünya Gündəm Siyasət

İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır

İranın İsveçdəki səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılıb və ona İranın Stokholmdakı diplomatik nümayəndəliyinin əməkdaşlarından birinin ölkədən çıxarılması qərarı barədə məlumat verib. Əks-səda xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsveçin hökumət dəftərxanası məlumat yayıb. “İranın İsveçdəki səfirliyinin əməkdaşına diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun gəlməyən fəaliyyəti ilə əlaqədar olaraq ölkəni tərk etmək tapşırılıb”, – […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.