Year: 2026

Siyasət
Dünya Gündəm Siyasət

Vaşinqton və Varşava Polşada ABŞ bazası yaratmaq barədə razılığa gəlib

Vaşinqton Varşava ilə Polşada ABŞ hərbi bazası yaratmaq barədə razılığa gəlib. Əks-səda xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb. “Əla xəbər. Dostum, Polşa Prezidenti Karol Navrotskinin qətiyyətli liderliyi sayəsində Polşada ABŞ ordusu bazasının yaradılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edilib. Əgər bu baş versə, bazanın yeri tezliklə açıqlanacaq. Bu, […]

Hadisə
Dünya Gündəm Hadisə

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

İsveçdə hərbi təlim poliqonunda baş verən partlayış nəticəsində hərbçilər də daxil olmaqla yeddi nəfər yaralanıb. Əks-səda xəbər verir ki, partlayış saat 16:00-dan sonra (Bakı vaxtı ilə saat 18:00) Karlsborq şəhəri yaxınlığındakı hərbi təlim poliqonunda baş verib. Məlumata görə, yaralanan yeddi nəfərdən beşi reanimasiyadadır. İsveç Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, yaralananların bəziləri hərbçilərdir. Polis partlayışın səbəbini araşdırır.

Siyasət
Dünya Gündəm Siyasət

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

ABŞ əvvəllər Almaniya tərəfindən alınmış və dəyəri 29,6 milyon dollar olan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə 10 ədəd MIM-104E GEM-T-ın Ukraynaya verilməsinə icazə verməyə hazırlaşır. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Konqresin saytında dərc olunmuş bildirişində elan olunub. “Bu göndəriş ABŞ-nin təhlükəsizlik yardımı məqsədlərinə uyğundur. ABŞ hökuməti siyasi, hərbi, iqtisadi, insan […]

Siyasət
Dünya Gündəm Siyasət

Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

Litva 2030-cu ilədək müddətli hərbi xidmətə ümumi çağırışa keçmək niyyətindədir. Əks-səda xəbər verir ki, bu barədə Litva prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maryus Çesnuleviçyus ümumi müdafiə forumundan sonra bildirib. Onun sözlərinə görə, ölkə prezidentinin rəhbərlik etdiyi Ümumi Müdafiə üzrə Milli Koordinasiya Şurası Milli Müdafiə Nazirliyinə və Litva Silahlı Qüvvələrinə yaxın bir neçə ay ərzində ümumi […]

Şavkat Mirziyoyev
Gündəm Ölkə Siyasət

Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək. Əks-səda xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudova deyib. “Şavkat Miromonoviçə ən xoş arzularımı çatdırın. Həmçinin gələn ay onu Azərbaycanda keçiriləcək beynəlxalq tədbirdə gözləyirik”, – deyə dövlət başçısı bildirib. Qeyd […]

Hadisə
Cəmiyyət Gündəm Hadisə Ölkə

Lerikdə zəlzələ olub

Yardımlı stansiyasından 23km cənub-şərqdə Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 19 km olub.

Rəcəb Tayyib Ərdoğan
Dünya Gündəm Siyasət

Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürülə bilər. Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası Hüquq Şurasının rəhbəri Mehmet Uçum bildirib. Onun sözlərinə görə, Türkiyədə növbəti prezident seçkiləri normalda 2028-ci il mayın 7-də keçirilməlidir, lakin ölkənin seçki qanunvericiliyinə müvafiq dəyişikliklərin ediləcəyi təqdirdə bu tarix aprelin 16-na irəli çəkiləcək.

Kriminal
Gündəm KriminaI Ölkə

Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli bilinən şəxs saxlanılıb

Şəmkir rayonunda 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli bilinən şəxs saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, həmin il avqustun 5-də 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılıb. Polis […]

İdman
Dünya Gündəm Idman

“Barselona” hücumçu Roberto Fernandeslə maraqlanır

İspaniyanın “Barselona” klubu “Espanyol”un hücumçusu Roberto Fernandeslə maraqlanır. Əks-səda xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliyi “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin xahişi ilə nəzərdən keçirilib. R.Fernandesin transferində İtaliyanın “Fiorentina” və “Komo”, həmçinin İngiltərənin “Hall Siti” klublarının da maraqlı olduğu qeyd edilir. Onun […]

Hadisə
Dünya Gündəm Hadisə

Rusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub

Rusiya və Ukrayna hərbi qulluqçuların meyitlərinin yeni mübadiləsini həyata keçirib. Əks-səda xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib. Onun məlumatına görə, mübadilə Belarus-Ukrayna sərhədindəki “Novaya Quta” buraxılış məntəqəsində baş tutub. Rusiya Ukraynaya 252 hərbçinin meyitini, Ukrayna isə 23 meyiti təhvil verib. Mübadilə faktını Ukraynanın koordinasiya qərargahı da təsdiqləyib. Oradan qeyd olunub ki, […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.