Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

ABŞ-də helikopter qəzasında 3 nəfər ölüb

Los-Ancelesdə (Kaliforniya ştatı) helikopterin qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb, bir nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb. Qeyd olunub ki, hava gəmisinin yerli media qurumlarından birinə məxsus ola biləcəyi bildirilir. Hadisənin səbəbləri hələlik məlum deyil. Vurğulanıb ki, helikopter sentyabrın 15-də Los-Ancelesin ətrafında baş vermiş böyük yol qəzasının yaxınlığında […]

Hadisə
Dünya Gündəm Hadisə

Yaponiyada məktəbdə bibər qazı səbəbindən 24 nəfər xəsarət alıb

Yaponiyanın Osaka şəhərində orta məktəb şagirdinin sinifdə bibər qazı püskürtməsi nəticəsində azı 24 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Qeyd olunub ki, xəsarət alanların vəziyyəti ağır deyil və onların hamısı şüurludur. Polis hadisənin başvermə şəraitini araşdırır və şagirdi dindirir.

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi Texnologiya

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. Əks-səda xəbər verir ki, energetika naziri Pərviz Şahbazov, Çinin Azərbaycandakı səfiri Lu Mey, “Universal International Holdings Limited” şirkətinin baş icraçı direktoru Yi Nan dövlətimizin başçısını qarşıladılar. Prezident İlham Əliyevə “Qobustan” Günəş Elektrik Stansiyası, “Universal Energy” şirkəti və […]

İdman
Dünya Gündəm Idman

UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür

UEFA Avropa Liqasında əsas mərhələyə bu gün start veriləcək. Əks-səda xəbər verir ki, ilk oyun günündə 9 matç keçiriləcək. Günün mərkəzi qarşılaşması İtaliyada baş tutacaq. “Milan” doğma azarkeşləri önündə Portuqaliyanın “Benfika” komandası ilə üz-üzə gələcək. UEFA Avropa Liqası Liqa mərhələsi I tur 16 sentyabr 20:45. “Ararat-Armeniya” (Ermənistan) – “Sparta” (Çexiya) 20:45. “Omoniya” (Kipr) – “Selta” (İspaniya) […]

Texnologiya
Dünya Gündəm Texnologiya

WSJ: ABŞ kosmosdan hərbi istifadənin normallaşmasına çalışır

ABŞ hakimiyyəti kosmosdan hərbi məqsədlərlə istifadənin ölkənin maraqlarının qorunması siyasətində daha adi və açıq müzakirə olunan istiqamətə çevrilməsinə çalışıb. Əks-səda xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb. Qeyd olunub ki, bu həftə orbitdə yerləşdirilən silah sistemləri ilə bağlı açıqlanan məlumatlar ABŞ hərbçilərinin kosmosdan istifadəsini normallaşdırmağa yönəlmiş daha geniş kampaniyanın bir hissəsi […]

Hadisə
Gündəm Hadisə Ölkə

Sumqayıtda iki avtomobil toqquşub, ölən var

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” və “Kia Sorento” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində “Mercedes”in sürücüsü, 1959-cu il təvəllüdlü Əliyev Elbrus Xəlil oğlu həyatını itirib. Qəzada “Kia Sorento”da sərnişin kimi olan 2004-cü il təvəllüdlü Həsənli Aysel Vüqar qızı müxtəlif dərəcəli […]

Hadisə
Dünya Gündəm Siyasət

ABŞ İsrailə 2,8 milyard dollarlıq bombalar satmağı planlaşdırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailə ümumi dəyəri təxminən 2,8 milyard dollar olan ağır aviasiya bombaları partiyasını satmağı planlaşdırır. Əks-səda “The Washington Post”a istinadən xəbər verir ki, qəzet bu barədə mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, “Tramp administrasiyası İsrailə 2 000 funt (təxminən 907 kq – red.) ağırlığında bombaların satışı ilə bağlı milyardlarla dollarlıq sövdələşmə […]

İdman
Dünya Gündəm Idman

“Bolonya” baş məşqçisi Domeniko Tedesko ilə yolları ayırmaq barədə qərar qəbul edib

İtaliyanın “Boloniya” futbol klubu baş məşqçi Domeniko Tedeskonu istefaya göndərmək qərarına gəlib. Əks-səda “FootMercato”ya istinadən xəbər verir ki, klub rəhbərliyinin bir neçə günlük müzakirəsindən sonra iyundan komandada çalışan 41 yaşlı italyan mütəxəssislə yolları ayırmaq barədə qərar qəbul olunub. Klub rəhbərliyi hazırda Raffaele Palladino ilə danışıqlar aparır. İtaliyalı mütəxəssisin təyinatı yaxın günlərdə gerçəkləşəcək və onunla 2028-ci ilin […]

Hadisə
Dünya Gündəm Hadisə

İsrail ordusu Rəfahda HƏMAS briqada komandirini öldürüb

İsrail Müdafiə Ordusu (IDF) və İsrail Təhlükəsizlik Xidməti (ŞABAK) Qəzza zolağının cənubundakı Rəfah şəhərində Fələstinin HƏMAS hərəkatının briqada komandirinin öldürüldüyünü açıqlayıb. Əks-səda xəbər verir ki, bu barədə sentyabrın 15-də IDF-nin mətbuat xidməti Telegram kanalında məlumat yayıb. Bildirilib ki, IDF və ŞABAK Qəzza zolağının cənub hissəsinə zərbə endirərək Rəfahdakı HƏMAS briqadasının komandiri və təşkilatın hərbi qanadının operativ […]

Donald Tramp
Dünya Gündəm Maraqlı

“Forbes”: Trampın sərvəti 7 milyard dollara çatıb

ABŞ Prezidenti Donald Trampın sərvəti 7 milyard dollar təşkil edir ki, bu da onun 2024-cü il prezident seçkilərində qələbə qazandığı dövrlə müqayisədə 2,7 milyard dollar çoxdur. Əks-səda xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb. “Son hesablamalarımıza görə, sentyabr ayında yenilənmiş məlumatlar əsasında Trampın sərvəti 7 milyard dollar təşkil edir. Prezident 2024-cü il seçkilərində qalib […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.