Year: 2026

Hadisə
Gündəm Hadisə Ölkə

Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı binanın birinci mərtəbəsində yerləşən mənzilin hamam otağında, ilkin ehtimala əsasən, qazla […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 19-20 sentyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Əks-səda xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib. Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur. Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə […]

İdman
Dünya Gündəm Idman

“Barselona”nın Alexandro Baldeni satmaq istədiyi məbləğ bəlli olub

İspaniyanın “Barselona” klubu qış transfer dönəmində futbolçusu Alexandro Balde ilə yollarını ayırmağa hazırlaşır. Əks-səda “Fichajes” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 22 yaşlı müdafiəçini ən azı 40 milyon avroya satmaq niyyətindədir. Baş məşqçi Hans-Diter Flik oyunçuya az forma şansı verir. Balde bu səbəbdən klubla vidalaşmaq istəyir. İngiltərənin “Liverpul” və “Mançester Yunayted”, İtaliyanın “İnter” klubu futbolçu […]

Kriminal
Gündəm KriminaI Ölkə

Cəlilabadda 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Cəlilabad rayonunda 18 kiloqramdan artıq narkotik vasitə aşkar edilib. Əks-səda xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Tədbirlərlə saxlanılan 25 yaşlı İskəndər Dadaşovdan ümumilikdə 18 kiloqramdan artıq narkotik vasitə götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

Hadisə
Dünya Gündəm Hadisə

Sudanda qızıl mədəni çöküb, azı 60 nəfər ölüb

Sudanın cənubunda qızıl mədəninin çökməsi nəticəsində azı 60 nəfər ölüb, onlarla mədənçi isə dağıntılar altında qalmış ola bilər. Əks-səda xarici mediaya istinadən xəbər verir ki, hadisə sentyabrın 15-i Qərbi Kordofan əyalətindəki El-Naxud şəhərinin yaxınlığında yerləşən Əl-Zəraa şaxtasında baş verib. Bildirilib ki, bu gün səhərə qədər dağıntılar altından ölən 63 nəfərin meyiti çıxarılıb. Şahidlərin sözlərinə görə, ölənlərin […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Sabah Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 17-də havanın 35 dərəcə isti olacağı gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-32° isti olacaq. […]

İqtisadiyyat
Dünya Gündəm İQTİSADİYYAT

Aİ Qafqaz və Mərkəzi Asiyanın Avropa ilə bağlantısı üçün Orta Dəhlizin inkişafına 12 milyard avro ayıracaq

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa bağlamalı olan Orta Dəhlizin inkişafı üçün 12 milyard avroyadək investisiya cəlb etməyi planlaşdırır. Əks-səda xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində Aİ-nin vəziyyəti ilə bağlı çıxışı zamanı bildirib. “Bu, bağlantılılıq sahəsində yeni beynəlxalq layihə olacaq. Layihə Cənubi Qafqazı […]

İdman
Gündəm Idman Ölkə

2027-ci ildə keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

“Formula 1” və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək “Formula 1” üzrə dünya çempionatının təqvimini açıqlayıb. Əks-səda Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq. 2027-ci il mövsümü martın 12–14-də keçiriləcək Bəhreyn Qran-prisi ilə başlayacaq. Dünya çempionatının sonuncu yarışı isə dekabrın 10–12-də Birləşmiş […]

Hadisə
Dünya Gündəm Hadisə

İranda bu ilin yanvarda keçirilmiş etiraz aksiyasının yüzə yaxın iştirakçısını edam gözləyir

İranda bu ilin yanvar ayında keçirilmiş etiraz aksiyasının yüzə yaxın iştirakçısını edam gözləyir. Əks-səda xəbər verir ki, bu barədə İran İnsan Hüquqları Təşkilatı hesabatında bildirib. Təşkilat qeyd edib ki, yüz nəfərdən beşi qadın, azı beş iştirakçı isə həbs edilən vaxt 18 yaşdan kiçik olub. İran İnsan Haqları Təşkilatının rəhbəri Mahmud Əmiri Müqəddəm deyib ki, etirazçılar inqilab […]

İdman
Dünya Gündəm Idman

Kilian Mbappe keçmiş klubu PSJ-yə 60 min avro ödəməli olacaq

İspaniya təmsilçisi “Real”ın hücumçusu Kilian Mbappe keçmiş klubu PSJ-yə 60 min avro ödəməli olacaq. Əks-səda xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb. Paris Apellyasiya Məhkəməsi bu məbləğin 2025-ci ildə PSJ-nin bank hesablarına həbs qoyulması ilə bağlı kompensasiya kimi ödənilməsinə qərar verib. Qeyd edək ki, Mbappe 2024-cü ilin avqustunda PSJ-dən “Real”a keçib. Bundan sonra fransalı hücumçu […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.