Year: 2026

Hadisə
Gündəm Hadisə Ölkə

Bakıda avtomobil yanıb

Bakı şəhərinin Yasamal rayonunda minik avtomobili yanıb. Əks-səda xəbər verir ki, hadisə rayonun Abdulvahab Salamzadə küçəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobili anidən alışıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Küçə nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlanıb. İlkin məlumata görə, […]

Hadisə
Dünya Gündəm Siyasət

Böyük Britaniya NATO-nun müdafiə bankına qoşulmağı düşünür

Böyük Britaniya Kanadanın təşəbbüsü ilə yaradılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına (DSRB) qoşulma imkanını nəzərdən keçirir. Əks-səda “Financial Times”a istinadən xəbər verir ki, Britaniya hökumətinin nümayəndəsi ölkənin bu təşəbbüslə maraqlandığını bildirib. Hakim Leyboristlər Partiyasının nümayəndəsi isə qeyd edib ki, əvvəlki hökumət DSRB-yə qoşulmaq ideyasını dəstəkləməyib. Onun sözlərinə görə, yeni hökumət dövründə məsələ yenidən gündəmə gəlib. DSRB-nin […]

Siyasət
Dünya Gündəm Siyasət

ABŞ İranın blokadası çərçivəsində 103 ticarət gəmisinin marşrutunu dəyişib

ABŞ hərbçiləri İranın dəniz limanlarına tətbiq edilən blokadanın bərpa olunmasından ötən iki ay ərzində 103 ticarət gəmisinin marşrutunu dəyişdirib. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) X sosial şəbəkəsində yaydığı məlumatda bildirilir. “15 sentyabr tarixinə ABŞ Silahlı Qüvvələri 103 gəminin marşrutunu dəyişdirib”, – deyə məlumatda qeyd olunub.

İqtisadiyyat
Dünya Gündəm İQTİSADİYYAT

Qazaxıstan ikinci AES-in tikintisi ilə bağlı danışıqlar aparır

Qazaxıstan ölkədə ikinci atom elektrik stansiyasının (AES) tikintisi məsələsi üzrə potensial təchizatçılarla danışıqlar aparır. Əks-səda xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransının 70-ci sessiyasında Qazaxıstanın Atom Enerjisi Agentliyinin sədr müavini Qumar Serqazin bildirib. “Nüvə proqramının həyata keçirilməsi çərçivəsində birinci AES-in tikintisinə hazırlıq gedir, həmçinin ikinci AES-in tikintisi məsələsi üzrə potensial təchizatçılarla […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Yardımlı rayonunun İcra başçısı vəzifəsindən azad edilib

Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Əks-səda xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Ayaz Əsgərov 2006-2011-ci illərdə Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində, 6 oktyabr 2011-ci il tarixdən 19 may 2016-cil tarixədək Azərbaycan Prezidentinin sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin […]

Kriminal
Gündəm KriminaI Ölkə

Bakıda məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlanıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma poçt vasitəsilə göndərilən bağlamada narkotik aşkarlanıb. Əks-səda xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, həmin bağlamaya baxış keçirilərkən orada olan tərliyin daban hissəsində xüsusi üsulla gizlədilmiş bükülülərdə aşkarlanan narkotik vasitələr 0,543 qram qurudulmuş marixuana, 0,716 qram heroin və 0,567 qram metamfetamin olub. Həmçinin […]

Hava
Cəmiyyət Gündəm Ölkə

Ölkə ərazisində sabah leysan yağacaq, dolu düşəcək

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Siyasət
Dünya Gündəm Siyasət

Ermənistan və Çin müdafiə sahəsində əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

Ermənistan və Çin müdafiə sahəsində qarşılıqlı fəaliyyətin və uzunmüddətli planlaşdırmanın yeni istiqamətlərini müzakirə ediblər. Əks-səda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiə naziri Suren Papikyan Çində səfərdədir. Pekinə səfəri çərçivəsində nazir Çinin müdafiə naziri, admiral Dong Junla görüşüb. “Görüş zamanı müdafiə sahəsində Ermənistan-Çin əməkdaşlığı və onun inkişaf perspektivləri müzakirə olunub. Nazirlər müdafiə sahəsində […]

Dünya Gündəm Siyasət

Ukrayna Ali Radası Ruslan Kravçenkonu baş prokuror vəzifəsindən azad edib

Ukrayna Ali Radası Ruslan Kravçenkonu baş prokuror vəzifəsindən azad edib. Əks-səda xəbər verir ki, Kravçenkonun vəzifədən azad edilməsini 317 deputat dəstəkləyib. Qeyd edək ki, sentyabrın 7-də R.Kravçenko istefa ərizəsi verib. Bu, Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu tərəfindən həyata keçirilən və prokurorların da adlarının hallandığı “Karfaqen” əməliyyatından sonra baş verib. Sentyabrın 14-də, hələ baş […]

Hadisə
Gündəm Hadisə Ölkə

Cəlilabadda fərdi yaşayış evi tamamilə yanıb

Cəlilabad rayonunda fərdi yaşayış evi tamamilə yanıb. Əks-səda xəbər verir ki, yanğın hadisəsi rayonun Közbulaq kənd sakini Yaqub Yaqubova məxsus birmərtəbəli, 104 kvadratmetrlik evdə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.