Year: 2026

Hadisə
Gündəm Hadisə Ölkə

Cəlilabadda fərdi yaşayış evi tamamilə yanıb

Cəlilabad rayonunda fərdi yaşayış evi tamamilə yanıb. Əks-səda xəbər verir ki, yanğın hadisəsi rayonun Közbulaq kənd sakini Yaqub Yaqubova məxsus birmərtəbəli, 104 kvadratmetrlik evdə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Texnologiya
Dünya Gündəm Texnologiya

Gələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır

ABŞ-nin “Waymo” şirkəti, “GO” taksi çağırış tətbiqi operatoru və “Nihon Kotsu” taksi şirkəti Tokioda 2027-ci ildə tam avtonom taksi xidmətlərini işə salmağı planlaşdırdıqlarını açıqlayıb. Əks-səda xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb. Xidmətin tədricən təxminən 100 pilotsuz taksiyə qədər genişləndirilməsi planlaşdırılır. GO şirkəti texnoloji platformanı və taksi sifarişi tətbiqlərinin hazırlanması təcrübəsini təqdim edəcək. Xidmət çərçivəsində […]

Siyasət
Dünya Gündəm Siyasət

Lukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Əks-səda xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. “Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlət rəhbərləri isə bizim görüşümüzü diqqətlə izləyirlər”, – Aleksandr Lukaşenko görüş zamanı bildirib. Bu, Belarus-ABŞ təmaslarının ilk raundu […]

İdman
Gündəm Idman Ölkə

“Kəpəz” azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsinə görə 5 000 manat cərimələnib

Misli Premyer Liqasının V turunun “Kəpəz” – “Qəbələ” matçında azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsinə görə “Kəpəz” komandası 5 000 manat cərimələnib. Əks-səda xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Buna meydan sahiblərinin azarkeşləri tərəfindən qayda pozuntusuna yol verilməsi və bu halın cari mövsümdə ikinci dəfə təkrarlanması səbəb olub.

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Azərbaycanda sabah 35 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 760 […]

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Əks-səda xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edib.

Kriminal
Cəmiyyət Gündəm KriminaI Ölkə

Lənkəranda dəmiryolu relslərini oğurlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Lənkəran rayonunda dəmiryolu ərazisindən relslər oğurlanıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri – 50 yaşlı A.İsayev, 53 yaşlı İ.Qəmbərov və 37 yaşlı N.Bayramov dəmiryolu relslərini kəsərək oğurlayan zaman hadisə yerində saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.

Siyasət
Dünya Gündəm Siyasət

Rusiya səfiri Danimarka XİN-ə çağırılıb

Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Əks-səda Danimarka XİN-in “X” sosial şəbəkəsindəki paylaşıma istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Lars Lekke Rasmussen bildirib. “Silahlı qüvvələrin məlumatına görə, Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus helikopterlərdən biri Gedser yaxınlığındakı sularda Rusiya freqatının planlı fotoçəkilişi zamanı siqnal raketləri ilə atəşə […]

Hadisə
Dünya Gündəm Hadisə

Rusiya ordusu Kiyevə reaktiv dron zərbələri endirib, 10 nəfər yaralanıb

Rusiya ordusu sentyabrın 15-i gecə və səhər saatlarında Ukrayna paytaxtına fasiləsiz reaktiv dron zərbələri endirib. Əks-səda xəbər verir ki, bir saata yaxın davam edən hücum zamanı Kiyevin əsasən mərkəzi rayonlarındakı yanacaqdoldurma məntəqələri hədəfə alınıb. Məlumata görə, dron zərbələri nəticəsində 10 nəfər yaralanıb, daha 3 yanacaq doldurma məntəqəsi məhv edilib.

İqtisadiyyat
Gündəm İQTİSADİYYAT Ölkə

Azərbaycan neftinin qiyməti 127 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,27 ABŞ dolları və ya 6,06 % artaraq 127,29 ABŞ dolları təşkil edib. Əks-səda xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 129,28 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 7,13 ABŞ dolları […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.