Year: 2026

Cəmiyyət
Cəmiyyət Gündəm KriminaI Ölkə

DİN: Həftəsonu 17 silah aşkarlanıb

Azərbaycanda sentyabrın 12-də və 13-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 tapança, 8 tüfəng aşkar edilərək götürülüb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Həmçinin 6 patron darağı və 194 ədəd müxtəlif çaplı patron tapılıb.

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Sabahdan Bakı metrosunda intervallar azaldılır

“Bakı Metropoliteni” QSC-də texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir. Əks-səda bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, Qırmızı xətt üzrə sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” mənzilində pik saatlarda 2 dəqiqəlik intervalla hərəkət edəcək. Yaşıl xətt üzrə zərurət yarandıqda interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq. Bənövşəyi xətt üzrə payız-qış […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

“Bilik günü” Azərbaycanda 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 15-də havanın 34 dərəcə isti olacağı gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bakıda güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülüb

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi paytaxtın müxtəlif ərazilərində yaşıllıqlara mövsümi qulluq və qabaqlayıcı təhlükəsizlik tədbirləri çərçivəsində müvafiq işlər həyata keçirir. Əks-səda xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, şəhərin müxtəlif ərazilərində monitorinqlər həyata keçirilir və qurumuş, zədələnmiş, eləcə də gözlənilən güclü küləkli hava şəraitində aşma və ya budaqlarının qırılması nəticəsində insanlar, […]

Hadisə
Dünya Gündəm Hadisə

Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb

Ötən bazar günü Pakistanın Harnay şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində dörd mədənçi həlak olub. Əks-səda “Dawn” nəşrinə istinadən xəbər verir ki, daha dörd nəfər ağır yaralanıb. “Partlayışdan sonra baş verən yanğın zamanı səkkiz mədənçi şaxtada köməksiz vəziyyətdə qalıb”, – Bəlucistan mədənləri üzrə baş müfəttiş Məhəmməd Atif nəşrə bildirib. Xilasedicilər dörd mədənçini sağ tapsalar da, […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bulvar ərazisində suyun səthi neft ləkələri və tullantılardan təmizlənir

Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən edilmiş tapşırıqlar çərçivəsində buxtanın Dənizkənarı Milli Park ərazisinə düşən hissəsində suyun müxtəlif üzvi tullantılardan, neft ləkələri və qalıqlardan təmizlənməsi işləri aparılır. Əks-səda xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsindən bildirilib. Qeyd edilib ki, tədbirlər Dənizkənarı Bulvar İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə […]

Kriminal
Gündəm KriminaI Ölkə

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Əks-səda xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanıb. Belə ki, sərhəd dəstəsinin xidməti ərazisində saat 03:11-də İrandan Azərbaycana […]

Volodimir Zelenski
Dünya Gündəm Siyasət

Zelenski Radanı baş prokurorun istefasını dəstəkləməyə çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya baş prokuror Ruslan Kravçenkonun istefasını dəstəkləməyi təklif edib. Əks-səda xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında yazıb. “Bu Baş prokurorun (Ruslan Kravçenkonun – red.) yalnız bir yolu var – vəzifədən azad olunmaq. Mən ona məhz bunu dedim. Ukrayna bütün səbəbləri görüb. Əgər o, bunu siyasi təzyiq hesab edirsə, qoy elə […]

Siyasət
Gündəm Ölkə Siyasət

Azərbaycan və Çin dövlət təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi imzalayıb

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə Çinin İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Əks-səda xəbər verir ki, saziş Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinin Ciansu əyalətinin Lianyunqan şəhərinə baş tutan səfəri çərçivəsində imzalanıb. Çinin İctimai Təhlükəsizlik Nazirliyinin dəvəti ilə baş tutan səfər çərçivəsində nümayəndə […]

Dünya
Dünya Gündəm İQTİSADİYYAT

Rusiya qazının Ermənistana tədarükü 10 gün müddətinə dayandırılacaq

“Qazprom Ermənistan” Rusiyadan qaz tədarükünün 10 günlük dayandırılacağı barədə məlumat verib. Əks-səda “NEWS.am”a istinadən xəbər verir ki, təbii qazın tədarükü “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərindəki planlı təmir işləri ilə əlaqədar sentyabrın 15-dən 25-dək müvəqqəti olaraq dayandırılacaq. Şirkətdən bildirilib ki, göstərilən dövrdə istehlakçıların fasiləsiz qaz təchizatı daxili ehtiyatlar və İrandan tədarük edilən əlavə təbii qaz […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.