Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

CAR-da avtomobillərin toqquşması nəticəsində 20-dən çox insan ölüb

Cənubi Afrika Respublikasında (CAR) magistral yolda iki mikroavtobus və bir avtomobilin toqquşması nəticəsində azı 21 nəfər ölüb, daha bir neçə nəfər isə ağır xəsarət alıb. Əks-səda “The Independent” nəşrinə istinadən xəbər verir ki, qəza Qərbi Keyp əyalətində baş verib. Yol Hərəkətinin İdarəedilməsi Korporasiyasının məlumatına görə, ölənlərin sayı arta bilər.

Hadisə
Cəmiyyət Gündəm Hadisə Ölkə

Qırmızı işıqda yolayrıcına daxil olan skuter qəzaya səbəb olub

Qırmızı işıqda yolayrıcına daxil olan skuter avtomobillə toqquşub. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, skuter sürən hadisədən 10 saniyə əvvəl də eyni qaydanı pozur, lakin yol boş olduğundan təhlükə qəzasız ötüşür. Bir neçə saniyə əvvəl təsadüf onları qəzadan qorumuşdusa, bu dəfə üzərində sərnişinlə svetoforun qırmızı işığında […]

Sağlamlıq
Dünya Gündəm Hadisə Sağlamlıq

Kazanda kafedə kütləvi zəhərlənmədən sonra 23 nəfər xəstəxanaya yerləşdirilib

Tatarıstanın istintaq orqanları Kazanda “Nan Кebab” kafesinin müştərilərinin kütləvi zəhərlənməsindən sonra cinayət işi açıb. Əks-səda xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Tatarıstan üzrə İdarəsi məlumat yayıb. İş istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi faktı üzrə araşdırılır. İstintaqın məlumatına görə, 30-dan çox müştərisi tibbi yardım üçün müraciət edib. 23 nəfər xəstəxanaya […]

Hadisə
Dünya Gündəm Hadisə

Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Şimali Reyn-Vestfaliya federal torpağındakı Erkelents şəhəri yaxınlığında (Almaniya) yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb. Əks-səda xəbər verir ki, göyərtdə olanlardan heç kim sağ qalmayıb. Haynsberq rayon polisinin məlumatına görə, “Cessna” təyyarəsi yerli vaxtla saat 11:20 radələrində Erkelents-Gerderat yaşayış məntəqəsinin yaxınlığındakı tarlaya düşüb. Təyyarə tamamilə dağılıb. Ölənlər və qəzanın başvermə şəraiti barədə hələlik məlumat verilmir. Qəzanın […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-a çatdırılacaq. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, bu, son illərin ən yüksək göstəricisidir. Belə ki, 2022-ci ilin sentyabrında Bakı şəhərində sərnişindaşıma üçün 1 780 avtobus istismar olunub. Bu rəqəm 2023-cü ildə 2 011-ə, 2024-cü […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək

“Azərbaycan Dəmir Yolları” (ADY) sentyabrın 15-dən sərnişin axınının daha çevik idarə olunması məqsədilə Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə verəcək. Əks-səda xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən məlumat verilib. Vağzalda mövcud 35 turniketdən əlavə yeni zalda 11 turniket quraşdırılıb. Bununla da Bakı vağzalında turniketlərin ümumi sayı 32% artaraq 46-ya çatdırılıb. Bu yenilik xüsusilə gediş-gəlişin intensiv […]

Hadisə
Dünya Gündəm Hadisə

Kazanda 30-dan çox şəxs bağırsaq infeksiyasına yoluxub

Kazanda (Tatarıstan, Rusiya) kafelərin birində məhsulların istehlakından sonra 33 nəfərin bağırsaq infeksiyasına yoluxduğu aşkar edilib. Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, insidentlə bağlı məlumatı “Rospotrebnadzor”un Tatarıstan üzrə İdarəsi yayıb. Qeyd olunub ki, 22 nəfərdə salmonellyoz təsdiqlənib. “12-13 sentyabr tarixlərində Kazanda №1 “Nan kebab” məhsullarının istehlakından sonra 33 bağırsaq infeksiyası halı qeydə alınıb. 22 nəfərdə salmonella […]

Kriminal
Cəmiyyət Gündəm KriminaI Ölkə

Təbriz-Bakı aviareysi ilə gələn sərnişinlərin baqajından dərman və siqaretlər aşkar edilib

Dvlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində 3 fakt üzrə gömrük nəzarətindən gizlədilən dərman vasitələri və siqaretlər aşkar edilib. Əks-səda Komitəyə istinadən xəbər verir ki, Təbriz-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşlarının baqajlarına stasionar rentgen qurğusunda baxış keçirilib və şübhəli təsvirlər müşahidə olunub. Yoxlama zamanı hər […]

İdman
Dünya Gündəm Idman

Lamin Yamal İspaniya La Liqasında Lionel Messinin 13 illik rekordunu təkrarlayıb

“Barselona”nın hücumçusu Lamin Yamal İspaniya La Liqasının ilk 5 matçında 3 dubl etməklə Lionel Messinin 13 illik rekordunu təkrarlayıb. Əks-səda klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc hücumçu XXI əsrdə İspaniya çempionatının ilk 5 matçında 3 dəfə iki qol vuran ikinci futbolçu olub. İspaniyalı forvard cari mövsümdə “Rayo Valyekano” (5:2), “Valensiya” (5:0) və “Levante” (4:2) […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Ötən həftə 1348,9 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə sentyabrın 7-dən 13-dək 19 tank əleyhinə mina, 113 piyada əleyhinə mina, 426 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Hesabata əsasən, həmin müddət ərzində 1348,9 ha ərazi minalardan təmizlənib. Qeyd […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.