Year: 2026

Siyasət
Gündəm Ölkə Siyasət

Azərbaycan və Çin dövlət təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi imzalayıb

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə Çinin İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Əks-səda xəbər verir ki, saziş Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinin Ciansu əyalətinin Lianyunqan şəhərinə baş tutan səfəri çərçivəsində imzalanıb. Çinin İctimai Təhlükəsizlik Nazirliyinin dəvəti ilə baş tutan səfər çərçivəsində nümayəndə […]

Dünya
Dünya Gündəm İQTİSADİYYAT

Rusiya qazının Ermənistana tədarükü 10 gün müddətinə dayandırılacaq

“Qazprom Ermənistan” Rusiyadan qaz tədarükünün 10 günlük dayandırılacağı barədə məlumat verib. Əks-səda “NEWS.am”a istinadən xəbər verir ki, təbii qazın tədarükü “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərindəki planlı təmir işləri ilə əlaqədar sentyabrın 15-dən 25-dək müvəqqəti olaraq dayandırılacaq. Şirkətdən bildirilib ki, göstərilən dövrdə istehlakçıların fasiləsiz qaz təchizatı daxili ehtiyatlar və İrandan tədarük edilən əlavə təbii qaz […]

Mədəniyyət
Cəmiyyət Gündəm Mədəniyyət və Incəsənət Ölkə

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb. Əks-səda xəbər verir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib. Qeyd olunub ki, Xalq artistinin müalicəsi ev şəraitində davam etdirilir. Xatırladaq ki, Xalq artisti Zaur Rzayev sentyabrın 5-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunmuşdu. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu qoyulmuşdu.

Dünya
Dünya Gündəm Texnologiya

Londonun mərkəzində İkinci Dünya müharibəsindən bəri ən böyük müdafiə zavodu açılacaq

Böyük Britaniyanın “Isembard” startapı Londonun mərkəzi hissəsində İkinci Dünya müharibəsindən bəri ən böyük müdafiə zavodunu açacaq. Əks-səda “Financial Times”a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbərliyindən bildirilib. “Isembard”ın baş direktoru Aleksandr Fitsceraldın məlumatına görə, şirkət avtoparkın yerində ümumi sahəsi 160 min kv. m olan dördmərtəbəli zavod və mənzil-qərargah inşa edib. Müəssisədə dronlar, raketlər, robotlar, sualtı […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

TDT-nin Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək

Türk Dövlətləri Təşkilatının (DİN) Müsəlman dini liderlərinin növbəti – 8-ci Görüşü Türkiyədə keçiriləcək. Əks-səda xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci görüşündə məlumat verib. O qeyd edib ki, xüsusilə Türk dövlətlərinin birliyini, uğurlarını həzm edə bilməyən qüvvələr var: “Belə bir zamanda biz […]

Hadisə
Gündəm Hadisə Ölkə

Sabunçuda avtomobil 60 yaşlı qadını vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, Elmur Bəhram oğlu Bəhramzadə idarə etdiyi “Mercedes E-Class” markalı avtomobillə “Sabunçu bazarı” istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olan zaman yolu keçən 1966-cı il təvəllüdlü Leyli Salam qızı Hüseynovanı vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

Prezident İlham Əliyev
Manşet Ölkə Rəsmi

Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib. Əks-səda xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyev ilə Məhəmməd Əbdülsalamın əvvəlki görüşləri məmnunluqla xatırlandı. Azərbaycanla Müsəlman Ağsaqqalları Şurası arasında həyata keçirilən uğurlu əməkdaşlıq qeyd olundu. Eyni zamanda, İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın qlobal səviyyədə oynadığı vacib rola toxunuldu, bu xüsusda […]

Hadisə
Dünya Gündəm Hadisə

Yeni Zelandiyada qayıq aşıb, ölənlər var

Yeni Zelandiyada Ranqitikei çayının mənsəbi yaxınlığında qayıq aşıb, nəticədə iki nəfər ölüb. Əks-səda “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Bildirilib ki, daha bir nəfər isə xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbi hələ ki, dəqiqləşdirilməyib.

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir

Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Müsəlman dini liderlərinin 7-ci Görüşü başlayıb. Əks-səda xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən TDT Müsəlman dini liderlərinin 7-ci Görüşündə 40-a yaxın ölkədən və 18 beynəlxalq təşkilatdan ümumilikdə 200-ə yaxın din xadimi iştirak edir.

Dünya Gündəm Hadisə

İndoneziyada gəmi qəzasında itkin düşən 130 nəfərin axtarışıları davam edir

İndoneziyada xilasetmə xidməti ikinci gündür Yava dənizində sərnişin gəmisinin qəzaya uğraması zamanı itkin düşən 130 nəfəri axtarır. Əks-səda xəbər verir ki, bu barədə yerli xilasetmə xidməti bildirib. Son məlumatlara əsasən, əməliyyata 622 nəfər və təxminən 12 gəmi cəlb edilib. Sentyabrın 14-ü səhər saatlarına olan məlumata görə, altı nəfər həlak olmuş, daha 107 sərnişin və ekipaj üzvü […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.