Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

İstanbulda avtobusun alışması nəticəsində ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusunun baryerə çırpılıb alışması nəticəsində iki nəfər ölüb, biri ağır olmaqla, səkkiz sərnişin yaralanıb. Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, yaralılar xəstəxanaya çatdırılıb. İddiaya görə, yağışlı hava səbəbindən sürüşkən yolda sürücünün idarəetməni itirdiyi Diyarbəkir – İstanbul reysini həyata keçirən 23 AFA 634 dövlət nömrə nişanlı sərnişin avtobusu baryerə çırpılıb. Ətrafdakıların xəbərdarlığı […]

Siyasət
Dünya Gündəm Siyasət

İtaliya niqabı qadağan edir, məktəblərdə xarici şagirdlərin sayını azaldır

İtaliya hökuməti siniflərdə xarici şagirdlərin sayını məhdudlaşdıracaq, məktəblərdə burqa və niqab geyinməyi qadağan edəcək qanun layihəsi hazırlayır. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Ciorcia Meloni özünün “İtaliya Qardaşları” partiyası tərəfindən təşkil olunmuş gənclər tədbirində bildirib. “Yaxın vaxtlarda Nazirlər Şurasının iclasına bir sinifdə icazə verilən maksimum xarici şagird sayını qanunvericiliklə müəyyən edən […]

Hadisə
Dünya Gündəm Hadisə

Rusiya ordusunun hücumu nəticəsində Ukrayna-Polşa sərhədində YDM zədələnib

Volın vilayətində Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində Ukrayna-Polşa sərhədindəki “Yaqodin” keçid məntəqəsinin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinə ziyan dəyib. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko bildirib. Qeyd olunub ki, pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində partlayış baş verib, yanacaqdoldurma məntəqəsinin ərazisindəki tikililər və yaxınlıqda park edilmiş bir […]

Texnologiya
Dünya Gündəm Maraqlı Texnologiya

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

Amerikanın qlobal internet əhatə dairəsinə malik “Starlink” orbital qruplaşmasında fəaliyyət göstərən peyklərin sayı 11,1 mini ötüb. Əks-səda xəbər verir ki, bu barədə layihəni hazırlayan “SpaceX” şirkətinin məlumatlarında bildirilir. Qeyd olunub ki, ötən bazar günü növbəti peyk qrupunun orbitə çıxarılmasından sonra fəaliyyətdə olan peyklərin sayı 11 133-ə çatıb. Ümumilikdə, “Starlink” layihəsi çərçivəsində “SpaceX” 2019-cu ilin mayından etibarən […]

Hadisə
Dünya Gündəm Hadisə

İndoneziya sahillərində göyərtəsində 243 nəfərin olduğu bərə ilə əlaqə kəsilib

İndoneziya sahillərində göyərtəsində ən azı 243 nəfərin olduğu bərə ilə əlaqə kəsilib. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin axtarış-xilasetmə xidməti məlumat yayıb. Agentliyin məlumatına görə, gəmi Surabaya şəhərindən Banjarmasin şəhərinə doğru hərəkət edirmiş. Bərədən ən azı 103 sərnişin təxliyə edilib. Hadisə ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.

Cəmiyyət
Cəmiyyət Dünya Gündəm Siyasət

İsveçdə parlament seçkiləri keçirilir

İsveçdə parlament seçkilərində səsvermə üçün seçki məntəqələri saat 08:00-da (Bakı vaxtı ilə 10:00) açılıb. Əks-səda xəbər verir ki, ilkin nəticələr səsvermənin başa çatmasından bir saat sonra – saat 21:00-da (Bakı vaxtı ilə 23:00) açıqlanacaq. Ölkə vətəndaşları hazırkı parlament və hökumətin dördillik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 349 deputatın yer aldığı İsveç parlamentinə (birpalatalı Riksdaq), eləcə […]

Sağlamlıq
Dünya Gündəm Sağlamlıq

Konqoda Ebola virusuna yoluxanların sayı 7 mini ötüb

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 7 022-yə çatıb. Əks-səda xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə KDR hakimiyyəti məlumat yayıb. Qeyd olunur ki, mayın ortalarında “Bundibugyo” virusunun nadir ştammının yaratdığı epidemiyanın başlanmasından bu yana ölənlərin sayı 3 398 nəfərə çatıb. Hazırda 837 nəfər karantində saxlanılır və ya müalicə olunur. Bu, […]

Hadisə
Dünya Gündəm Hadisə

İranın mülki gəmisinə zərbə endirilib, ölən və yaralılar var

Hörmüz boğazında İranın mülki gəmisinə endirilən zərbə nəticəsində ən azı bir nəfər ölüb, üç nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Keşm rayonunun rəhbəri Əmir Teymuri məlumat verib. “Bu gün səhər saat 5 radələrində ticarət gəmisi Hənqam adası ilə Keşm adasının Şib-Dəraz sahili yaxınlığında zərbəyə məruz qalıb”, – deyə o əlavə edib.

Elm
Dünya Elm Gündəm

Alimlər Yerin dərinliklərində suyun hələ 3 milyard il əvvəl mövcud olduğunu aşkar ediblər

Beynəlxalq geoloqlar qrupu suyun Yer kürəsinin dərin qatlarına nüfuz etdiyini və təxminən 3,1 milyard il əvvəl artıq vulkanik fəaliyyətə təsir göstərdiyini sübut edən dəlillər aşkar edib. Əks-səda xəbər verir ki, tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub. Adelaida Universitetinin geokimyaçısı Erik Vandenburqun rəhbərlik etdiyi alimlər Qərbi Avstraliyadakı Pilbara kratonundan əldə edilmiş qədim vulkanik süxurları tədqiq ediblər. […]

Cəmiyyət
Cəmiyyət Manşet Ölkə

Sabah Azərbaycanda 33 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi əsəcək. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Qeyd olunub ki, nisbi rütubət gcə 70-75 %, […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.