Year: 2026

Sosial
Cəmiyyət Gündəm Ölkə Sosial

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Sentyabrın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Əks-səda xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Kriminal
Gündəm KriminaI Ölkə

Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlanıb

Bakının Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlanıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 26 yaşlı V.Cəbrayılov saxlanılıb. Ondan ümumilikdə 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs narkotikləri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıb. Faktla […]

Hadisə
Gündəm Hadisə Ölkə

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncə şəhərində baş verən avtomobil qəzasında üç nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. “Audi” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Ruzi Mustafayev, Seymur Qurbanov (1990) və Xəyal Məmmədov (1986) xəsarət alıblar. Hər üç şəxs şəhərin müxtəlif xəstəxanalarına aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib. Faktla bağlı […]

Hadisə
Gündəm Hadisə KriminaI Ölkə

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakının Binəqədi rayonunda kirayədə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 8 min manat dəyərində məişət və geyim əşyalarının oğurlandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə […]

Siyasət
Dünya Gündəm Siyasət

Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsib

Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri dayandırıb. Əks-səda xəbər verir ki, bu barədə Əlcəzairin rəsmi dövlət xəbər agentliyi məlumat yayıb. Ölkə hökuməti bu addımın ikitərəfli əlaqələri qoruyub saxlamaq üçün bütün imkanlar tükəndikdən sonra atıldığını bildirib. Qərarın rəsmi səbəbləri hələlik açıqlanmır.

Hadisə
Dünya Gündəm Hadisə Ölkə

Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb, iki Azərbaycan vətəndaşı ölüb

Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi sentyabrın 9-da dron hücumlarına məruz qalıb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımovun həlak olduğu, İmran Novruzov və Rauf Əliyevin isə xəsarət aldığı barədə məlumat daxil olub. Yaralılar Ukraynanın […]

Kriminal
Gündəm KriminaI Ölkə

İrandan Azərbaycana 84 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazisində 84 kiloqram 300 qram narkotikin və 3000 ədəd psixotrop tərkibli metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Əks-səda xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Bildirilib ki, sentyabr ayının 10-da saat 01:35-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd […]

Prezident İlham Əliyev
İQTİSADİYYAT Manşet Ölkə Rəsmi

Prezident İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da paytaxtın Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib. Əks-səda xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Fabriora Group” MMC-nin təsisçisi İbrahim Uygur dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdilər. Bildirildi ki, müəssisədə həm yerli bazar, həm də xarici […]

Hava
Cəmiyyət Gündəm Ölkə

Sabah Bakıda 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gcə […]

Ölkə
Cəmiyyət Gündəm Ölkə

Bakı aeroportu: Qroznı-Bakı birbaşa uçuşlarının bərpası qış cədvəlinə daxil edilməyib

Qroznı-Bakı istiqamətində birbaşa aviareyslərin oktyabrın sonundan etibarən yenidən həyata keçirilməsi nəzərdə tutulmur. Əks-səda xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. “Hazırda aeroportun qış mövsümü üçün təsdiq olunmuş uçuş cədvəlində Qroznı-Bakı istiqamətində birbaşa reys planlaşdırılmayıb”, – açıqlamada qeyd edilib. Bundan öncə Qroznı Beynəlxalq Aeroportu oktyabrın 27-dən başlayaraq “Utair” aviaşirkətinin Qroznı-Bakı marşrutu üzrə müntəzəm birbaşa […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.