Year: 2026

ABŞ
Dünya Gündəm Texnologiya

Pentaqon süni intellekt startapına 5 milyard dollarlıq kredit ayıra bilər

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) süni intellekt sahəsində fəaliyyət göstərən “Fluidstack” startapına təxminən 5 milyard dollar həcmində kredit verilməsini müzakirə edir. Əks-səda xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, kredit ABŞ-ın təchizat zəncirlərinin və məlumat mərkəzləri üçün komponentlərin istehsalının gücləndirilməsinə yönəldilə bilər. Vəsait Pentaqonun ABŞ-ın milli təhlükəsizliyi baxımından strateji […]

Siyasət
Gündəm Ölkə Siyasət

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək. Əks-səda xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Saziş Azərbaycanla İordaniya arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsini nəzərdə tutur.

İdman
Dünya Gündəm Idman

“Atletiko Nasional” Xames Rodrigesin transferini açıqlayıb

Kolumbiyanın “Atletiko Nasional” klubu yarımüdafiəçi Xames Rodrigesi transfer etdiyini açıqlayıb. Əks-səda xəbər verir ki, bu barədə Kolumbiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Keçidin komanda üçün böyük əhəmiyyət kəsb etdiyi bildirilsə də, detallar açıqlanmayıb. Qeyd edək ki, X.Rodriges buna qədər MLS təmsilçisi “Minnesota”nın formasını geyinib. O, ABŞ klubunun heyətində 2026-cı ildə 6 matçda meydana çıxıb.

Hadisə
Dünya Gündəm Hadisə

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

ABŞ-nin Nyu-York şəhərində, Staten-Aylend ərazisində barjada baş verən partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “CBS News” Nyu-York Polis Departamentinə (NYPD) istinadən məlumat yayıb. Qeyd olunub ki, hadisə yerində bir kişinin meyiti aşkarlanıb. Həlak olan şəxsin kimliyi hələlik müəyyən edilməyib. Nyu-York Yanğınsöndürmə Departamentindən bildirilib ki, partlayışın nəticələrinin aradan qaldırılması […]

Hadisə
Dünya Gündəm Hadisə

Qazaxıstan hərbçilərinin Xəzərdə təlimləri başlayıb

Qazaxıstanın Hərbi Dəniz Qüvvələri (HDQ) Xəzər dənizində planlı təlimlərə başlayıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. “Xəzər dənizinin Qazaxıstan sektorunda Silahlı Qüvvələrin Hərbi Dəniz Qüvvələrinin planlı təlimləri başlayıb. Ekipajlar Qazaxıstan sektorunun bütün akvatoriyasından keçməli, müxtəlif şəraitlərdə fəaliyyətləri məşq etməli və praktiki atışlar həyata keçirməlidirlər”, – qurumdan bildirilib. Məlumata görə, təlimlər üç […]

İdman
Dünya Gündəm Idman

Harri Keyn UEFA Çempionlar Liqasında nadir rekordu təkrarlayıb

Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Norveçin “Budyo-Qlimt” komandası ilə matçda (5:0) fərqlənməklə nadir rekordu təkrarlayıb. Əks-səda xarici mediaya istinadən xəbər verir ki, ingiltərəli forvard turnirdə ardıcıl 8-ci matçda qol vurmağa müvəffəq olub. UEFA Çempionlar Liqasında buna qədər ardıcıl 8 və daha çox oyunda yalnız Kriştianu Ronaldu, Robert Levandovski […]

İqtisadiyyat
Gündəm İQTİSADİYYAT Ölkə

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,22 ABŞ dolları və ya 5,49 % artaraq 119,54 ABŞ dolları təşkil edib. Əks-səda xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 120,31 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,68 ABŞ […]

Hadisə
Dünya Gündəm Hadisə

İsveçrədə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

İsveçrənin şərqində, Zuş şəhəri yaxınlığında avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir. Əks-səda xəbər verir ki, bu barədə yerli “Algemeen Dagblad” nəşri məlumat yayıb. Qeyd olunub ki, avtobusda sürücü də daxil olmaqla 49 nəfər olub. İlkin versiyaya əsasən, sürücü yolda qarşısına çıxan iri qayanın yanından keçməyə […]

Donald Tramp
Dünya Gündəm Siyasət

Tramp İranla münaqişənin nə vaxt başa çatacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin noyabr ayında keçiriləcək Konqres seçkilərindən dərhal sonra başa çata biləcəyini açıqlayıb. Əks-səda xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalının jurnalisti Laura İnqremə müsahibəsində danışıb. “Bu, seçkilərdən dərhal sonra başa çatmalıdır. Bəlkə də seçkilərdən əvvəl başa çatacaq, amma düşünürəm ki, bu, seçkilərdən dərhal sonra baş verəcək”, – deyə ABŞ […]

İqtisadiyyat
Dünya Gündəm İQTİSADİYYAT

BƏƏ Almaniya iqtisadiyyatına 40 milyard avro investisiya yatıracaq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Almaniya iqtisadiyyatına, o cümlədən süni intellekt, enerji və müdafiə sahələrindəki layihələrə təxminən 40 milyard avro (46 milyard ABŞ dolları) investisiya yatırmağı planlaşdırır. Əks-səda xəbər verir ki, bunu BƏƏ-nin xarici ticarət naziri Tani bin Əhməd Əl Zeyudi “Bloomberg TV”yə müsahibəsində bildirib. Onun sözlərinə görə, investisiyanın təxminən 10 milyard avrosu Bavariya federal torpağında həyata […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.