Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

Oman sahillərində iki gəmi hücuma məruz qalıb

Oman sahillərində, Hörmüz boğazında Həsəb şəhərindən təxminən 4 dəniz mili qərbdə iki gəmi hücuma məruz qalıb. Əks-səda xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Gəmiçiliyinin Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb. Qeyd olunub ki, gəmilərdən birinin kapitanı dörd naməlum mərminin iki gəmiyə dəydiyini bildirib. Nəticədə gəmilərdən birində yanğın baş verib. İkinci gəminin […]

Siyasət
Gündəm Ölkə Siyasət

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

Sentyabrın 11-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb. Əks-səda xəbər verir ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir. Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri […]

İran
Dünya Gündəm Hadisə

İran yeraltı müəssisələrdə ballistik raket istehsalını bərpa edib

İran ABŞ və İsrailin daha əvvəl ölkə ərazisindəki raket istehsalı müəssisələrinə endirdiyi zərbələrə baxmayaraq, yeraltı zavodlarda ballistik raketlərin istehsalını yenidən bərpa edib. Əks-səda xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Qəzet ABŞ və Yaxın Şərq rəsmilərinə istinadən yazır ki, İran yeraltı müəssisələrdə əvvəlcədən topladığı komponentlərdən istifadə etməklə ballistik raketlərin istehsalını yenidən başlayıb. […]

Hadisə
Dünya Gündəm Hadisə

Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Braziliyanın Mato-Qrosso ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə yerli G1 telekanalı yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb. Qəza Aqua-Boa şəhərindən təxminən 20 kilometr məsafədə baş verib. Həlak olanların şəxsiyyəti hələlik müəyyən edilməyib. İlkin məlumata görə, təyyarə Qoyaniya şəhərindəki aerodromdan havaya qalxıb. Lakin hava gəmisinin qeydiyyatdan keçmiş uçuş […]

Siyasət
Dünya Gündəm Siyasət

Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayır

Əlcəzair sentyabrın 11-dən etibarən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus bütün mülki və hərbi təyyarələr üçün hava məkanını tamamilə bağlayacaq. Əks-səda xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əlcəzair Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, qərar BƏƏ-yə məxsus Əlcəzairdəki Həvari Bumədiyen adına Beynəlxalq Hava Limanına həyata keçirilən kommersiya xarakterli mülki reyslərə şamil olunmayacaq. Bu […]

İqtisadiyyat
Gündəm İQTİSADİYYAT Ölkə

Brent neftinin qiyməti 108 dolları ötüb

Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti Londonun ICE birjasında 2026-cı il mayın 21-dən bəri ilk dəfə 108 ABŞ dollarını ötüb. Əks-səda xəbər verir ki, Bakı vaxtı ilə saat 22:10-da Brent markalı neftin qiyməti 6,78% artaraq bir barel üçün 108,07 dollara yüksəlib. Saat 22:15-də Brent neftinin qiymətində artım sürətlənib. Belə ki, fyuçerslərin qiyməti 6,89% yüksələrək bir barel […]

Hadisə
Dünya Gündəm Hadisə

SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Sərdar Əzmayi Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisinin vurulduğunu açıqlayıb. Əks-səda xəbər verir ki,  bu barədə IRIB məlumat yaylb. Onun sözlərinə görə, ABŞ ordusuna məxsus “Saildrone” adlı pilotsuz kəşfiyyat gəmisi Hörmüz boğazında hədəfə alınıb. SEPAH komandanı bildirib ki, Hörmüz boğazı bağlanıb və İran qüvvələrinin kəşfiyyat […]

Cəmiyyət
Cəmiyyət Gündəm Ölkə

Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Suraxanı rayonu, Elzar Yusubov küçəsində, “Qərib Ağa Məscid”nin yaxınlığında təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu səbəbdən sürücülər Hövsan (MİDA) yolundan istifadə etməklə Zığ şosesi istiqamətində hərəkət edirlər. Nəticə etibarilə həm təmir, həm də bəzi sürücülərin yolun […]

Hadisə
Gündəm Hadisə Ölkə

Şəmkirdə istixanada yanğın baş verib

Şəmkir rayonu, Zəyəm qəsəbəsində istixanada yanğın baş verib. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. İstixana ərazisində plastik tullantılar yığılan sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikili və istixana yanğından mühafizə olunub.

Hadisə
Dünya Gündəm Hadisə

Konqoda baş verən yanğında 20 məktəbli ölüb

Konqo Demokratik Respublikasının şərqindəki Bukavu şəhərində baş verən yanğında 20 məktəbli ölüb, bir neçə nəfər ağır xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən “Radio Okapi” məlumat yayıb. Digər şagirdlər tüstüdən zəhərlənərək tibb müəssisələrinə çatdırılıb. Yanğın bir neçə yaşayış evini də əhatə edib. Yanğının səbəbi hələ ki müəyyən edilməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.