Year: 2026

Rusiya - Ukrayna
Dünya Gündəm Hadisə

Rusiyanin Kamenskoyeyə hücumu nəticəsində dörd nəfər ölüb, xəsarət alanlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepropetrovsk vilayətinin Kamenskoye şəhərinə gecə hücumu nəticəsində dörd nəfər həlak olub, daha beş insan yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə regional hərbi administrasiyanın rəhbəri Aleksandr Qanja teleqram kanalında məlumat verib. Onun sözlərinə görə, reanimasiyada olan 30 yaşlı qadın da daxil olmaqla, üç yaralı xəstəxanadadır. Tibb işçiləri yaralılara lazımi yardımı göstərirlər. Zərbədən […]

Hadisə
Dünya Gündəm Hadisə

Boliviyada hərbi obyektdə partlayış nəticəsində iki nəfər ölüb, onlarla insan yaralanıb

Boliviyanın Viaça şəhərindəki hərbi texnikanın təmiri mərkəzində baş verən partlayış nəticəsində azı iki nəfər ölüb, daha 59 insan yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “Unitel” telekanalı polisə istinadən məlumat yayıb. “İki nəfər ölüb, yeddi nəfər itkin düşüb, 59 nəfər yaralanıb”, – telekanal veb saytında polis komandanının müavini Rocer Roka istinadən bildirib. Boliviyanın müdafiə naziri Ernesto […]

İdman
Dünya Gündəm Idman

“Real” La Liqanın cari mövsümündə ilk dəfə məğlub olub

Madridin “Real” komandası İspaniya çempionatının dördüncü turunda səfərdə “Betis”ə minimal hesabla məğlub olub. Əks-səda xəbər verir ki, Sevilyada “La Kortuxa” stadionunda keçirilən matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 81-ci dəqiqədə “Betis”in hücumçusu Troy Parrott vurub. Bu qələbədən sonra “Real” və “Betis” müvafiq olaraq doqquz xalla ikinci və üçüncü yerlərdə qərarlaşıblar. […]

Dünya
Dünya Gündəm Hadisə

Polşada dronlarla mübarizə üçün yeni hərbi bölmə yaradılacaq

Polşanın cənubunda dronlara qarşı vasitələrlə təchiz ediləcək əlavə zenit alayı yaradılacaq. Əks-səda xəbər verir ki, bu barədə respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış “X” sosial şəbəkəsində yazıb. O bildirib ki, söhbət Bjeskoda yerləşdiriləcək 87-ci zenit alayının formalaşdırılmasından gedir. Alay təxminən 1 000 hərbçidən ibarət olacaq və raket əleyhinə, hava hücumundan müdafiə və dronlara qarşı müdafiə texnikası […]

Dünya
Cəmiyyət Dünya Gündəm Hadisə

İspaniyada temperatur rekordu qeydə alınıb

İspaniyada meteoroloji müşahidələr tarixində sentyabr ayı üçün mütləq temperatur rekordu qeydə alınıb. Sentyabrın 3-də Əndəlüs muxtar icmasının El-Qranado bələdiyyəsində termometrlər 45,7 dərəcəni göstərib. Əks-səda xəbər verir ki, bu barədə “Aemet” meteorologiya agentliyi məlumat yayıb. Qurumun məlumatına görə, bu rəqəm cari ildə ölkə ərazisində qeydə alınan ən yüksək göstərici olub. Bildirilib ki, havanın temperaturu 2016-cı ildə Montoro […]

Rusiya - Ukrayna
Dünya Gündəm Hadisə

Ukrayna dörd günlük atəşkəs elan edib

Ukrayna 5 sentyabr saat 00:00-dan 8 sentyabr saat 23:59-dək atəşkəs elan edib. Əks-səda xəbər verir ki, “Ukrayinska Pravda” nəşrinin məlumatına görə, ordu bölmələrinə artıq atəşkəs əmri çatdırılıb. Qərara əsasən hərbçilər dörd gün ərzində atəşkəsə əməl etməlidirlər. Qeyd edək ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Carde Kuşner sabah Rusiya-Ukrayna münaqişəsi üçün sülh planı ilə Moskvaya […]

Hadisə
Dünya Gündəm Hadisə

Şimali Kiprdə gəmi qəzasında ölən daha 2 nəfərin meyiti tapılıb

Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 12-yə çatıb. Əks-səda xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb. Qeyd olunub ki, aparılan axtarışlar nəticəsində daha 2 nəfərin meyiti sudan çıxarılıb. Məlumat üçün bildirək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.

Kriminal
Gündəm KriminaI Ölkə

Gömrük Komitəsinin sabiq əməkdaşı Ukraynadan Azərbaycana ekstradisiya ediləcək

Baş Prokurorluğun Ukraynanın müvafiq qurumuna müraciəti və aparılmış danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Ənvər Həsən oğlu Tağıyevin ölkəyə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Əks-səda xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Ənvər Tağıyevin qaçaqmalçılıq cinayətini törətməsinə, habelə […]

Siyasət
Dünya Gündəm Siyasət

Sərdar Berdiməhəmmədov Ermənistana səfər edəcək

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov oktyabrda Ermənistana səfər edəcək. Əks-səda xəbər verir ki, bu, Türkmənistan lideri ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı zamanı məlum olub. Söhbət zamanı tərəflər Ermənistan-Türkmənistan münasibətlərinin gələcək inkişafı və ikitərəfli gündəliyə dair məsələləri müzakirə ediblər. N.Paşinyan və S.Berdiməhəmmədov ticari-iqtisadi əlaqələrin genişləndirilməsinin və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar. “Nikol […]

Kriminal
Gündəm KriminaI Ölkə

Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya olunub

Azərbaycan vətəndaşları Nahid Əlicanlı və Renad Orucovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib. Əks-səda xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Nahid Əlicanlının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınması, Bakı şəhəri Nizami […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.