“Barselona” Federiko Dimarkonu azad agent kimi heyətinə cəlb etmək istəyir
İtaliya millisinin və “İnter”in futbolçusu Federiko Dimarko karyerasını İspaniyada davam etdirə bilər. Əks-səda xarici mediaya istinadən xəbər verir ki, “Barselona” 28 yaşlı müdafiəçini heyətinə cəlb etmək niyyətindədir. Lakin Kataloniya təmsilçisi oyunçunu 2027-ci ilin yayında azad agent kimi almaq istəyir. Xatırladaq ki, Federiko Dimarkonun Milan təmsilçisi ilə müqaviləsinin müddəti gələn yay başa çatacaq.











