Bursada 100-dən çox şəxs toyda yeməkdən zəhərlənib
Türkiyənin Bursa şəhərində toyda kütləvi zəhərlənmə olub. Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, səhhəti pisləşən 100-dən çox şəxs xəstəxanalara müraciət edib. “Toyda toyuqlu plovu yeyən bəzi qonaqların bir müddət sonra vəziyyəti pisləşib”, – məlumatda bildirilib. Ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanalara müraciət edənlər müalicə olunur.











