Year: 2026

Hadisə
Dünya Gündəm Hadisə

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçilərinin birgə əməliyyatı ilə daha əvvəl piratlar tərəfindən ələ keçirilmiş “MV Lutuf” gəmisi azad edilib. Əks-səda “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Somalinin Müdafiə Nazirliyi məlumat yayıb. “Qüvvələrimizin davamlı təzyiqi altında qalan piratlar gəmini tərk etməyə məcbur oldular. Hərbçilər “MV Lutuf”un göyərtəsindəki vəziyyətə tam nəzarət edirlər. Gəmi hərəkətini bərpa edib”, – […]

Hadisə
Gündəm Hadisə Ölkə

Sabirabadda iki yaşlı uşaq hovuzda boğularaq ölüb

Sabirabad rayonunda iki yaşlı uşaq hovuzda boğularaq ölüb. Əks-səda xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb. Kənd sakini, 2024-cü il təvəllüdlü E. Q. valideyn nəzarətindən yayınaraq həyətdəki hovuza düşüb. Nəticədə o boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Hadisə
Dünya Gündəm Hadisə

Kipr sahillərində qayıq qəzaya uğrayıb, bir nəfər həlak olub

Kipr sahillərində qayığın qəzaya uğraması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” yerli mediaya istinadən məlumat yayıb. “Fırtına səbəbindən üç qayıq qayalara çırpılaraq Kipr sahillərində batıb. Bir nəfər ölüb, altı nəfər xilas edilib”, – məlumatda bildirilib. Dəqiqləşdirilib ki, ölən şəxsin cəsədi adanın cənub-şərq sahilindəki Qreko burnu yaxınlığında sudan […]

Hadisə
Dünya Gündəm Hadisə

Amsterdamda naməlum şəxs yoldan keçənlərə bıçaqla hücum edib, xəsarət alanlar var

Amsterdamın mərkəzi vağzalında bıçaqlanma hadisəsi baş verib, nəticədə dörd nəfər yaralanıb. Əks-səda bu barədə yerli “HLN” nəşrinə istinadən xəbər verir. Məlumata görə, hadisə şənbə günü axşam yerli vaxtla 19:30-da (Bakı vaxtı ilə 21:30-da) baş verib. Naməlum şəxs Amsterdamın mərkəzi vağzalında yoldan ötənlərə bıçaqla hücum edib və onlardan üçünü yaralayıb, şübhəlinin özü də xəsarət alıb. Zərərçəkənlərdən ikisi […]

Hadisə
Dünya Gündəm Hadisə

Odessada valideynlərini öldürüb qardaşını yaralayan şəxs intihar edib

Odessada 50 yaşlı kişi valideynlərini güllələyib qardaşını yaraladıqdan sonra intihar edib. Əks-səda xəbər verir ki, bu barədə “RBK-Ukraina” Odessa vilayəti Milli Polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Hadisə avqustun 29-da, şənbə günü şəhərin Kiyev rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi ov tüfəngindən istifadə edib. Onun valideynləri həlak olub, yaralı qardaşı isə xəstəxanaya yerləşdirilib. Polis […]

Hadisə
Dünya Gündəm Hadisə

Rusiyada avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər həlak olub

Rusiyanın Stavropol diyarında Gürcüstandan gələn avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə regional prokurorluq məlumat yayıb. “İlkin məlumatlara görə, 30.08.2026-cı il tarixində gecə saatlarında “Qafqaz” federal avtoyolunda sərnişin avtobusunun yük nəqliyyat vasitəsi ilə toqquşması baş verib”, – məlumatda bildirilib. Qurumun məlumatına görə, beş nəfər həlak olub, həmçinin […]

Hadisə
Dünya Gündəm Hadisə KriminaI

Cənubi Karolinada atışmada bir polis ölüb, digəri yaralanıb

Cənubi Karolina ştatının Kolumbiya şəhərində atışma nəticəsində polis əməkdaşı həlak olub, bir zabit isə yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi Kolumbiya polisinin rəisi Uilyam Holbruka istinadən məlumat yayıb. Dəqiqləşdirilib ki, hadisə məişət münaqişəsi barədə müraciətdən sonra baş verib. Qadın polisə bildirib ki, barəsində məhkəmənin yaxınlaşma qadağası qüvvədə olan kişi onun evindəki […]

Hadisə
Gündəm Hadisə Ölkə

Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır

Avqust ayının 29-da saat 17:00 radələrində Şəki rayonunun Baş Zəyzid kəndinin dağlıq ərazisində Niderland Krallığının vətəndaşının köməyə ehtiyacı olması barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinə məlumat daxil olub. Əks-səda xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb. Müəyyən edilib ki, turizm məqsədilə avqustun 26-da Frankfurt – Bakı aviareysi ilə Azərbaycan Respublikasına […]

Dünya Gündəm Hadisə

Tibetdə sel nəticəsində 16 nəfər həlak olub, 500-dən çox şəxs itkin düşüb

Çinin Tibet Muxtar Rayonunun Şiqadze şəhər dairəsində sel nəticəsində 16 nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə “Xinhua” agentliyi regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, təbii fəlakət nəticəsində 546 vətəndaş itkin düşüb. “The Paper”qəzeti qeyd edib ki, itkin düşənlər arasında 23 ölkədən 261 əcnəbi var. Regionda təbii fəlakətlərə qarşı maksimal reaksiya rejimi […]

İdman
Gündəm Idman Ölkə

“Qarabağ” braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb

“Qarabağ” klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb. Əks-səda klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçunu transfer etmək hüququna malikdir. Qeyd edək ki, 2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunan yarımmüdafiəçi karyerası ərzində “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.