Year: 2026

Dünya Gündəm Hadisə

Filippində musson yağışları və qasırğalar 32 insanın ölümünə səbəb olub

Filippində musson yağışları və tropik siklonların yaratdığı daşqınlar, torpaq sürüşmələri son bir ayda azı 32 nəfərin ölümünə səbəb olub. Əks-səda xəbər verir ki, bu barədə “Philippine Daily Inquirer” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, ölüm hallarının əksəriyyəti respublikanın şimalındakı Luson adasında qeydə alınıb, üç nəfər itkin düşüb. Fəlakət təxminən 8 milyon insana təsir […]

Hava
Cəmiyyət Manşet Ölkə

Sabah Bakıda intensiv yağış yağacaq, bölgələrdə şimşək çaxacaq, dolu düşəcək

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, axşam isə intensiv və qısa müddətli güclü olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Havanın temperaturu gecə 20-23° isti, gündüz 24-26° isti olacaq. Atmosfer […]

İdman
Dünya Gündəm Idman

Mərakeş millisinin futbolçusu Sofyan Amrabat “Ayaks”a keçib

Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat Niderlandın “Ayaks” klubuna transfer olunub. Əks-səda xəbər verir ki, bu barədə Amsterdam klubunun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub. Təcrübəli oyunçu ilə 2028-ci ilin ortalarınadək nəzərdə tutulan müqavilə imzalanıb. Yarımmüdafiəçinin son klubu Türkiyənin “Fənərbağça” komandası olub. O, karyerası ərzində İtaliyanın “Fiorentina”, “Verona”, Belçikanın “Brügge”, […]

Cəmiyyət Gündəm Ölkə

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Əks-səda xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-u axşamdan sentyabrın 1-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı […]

Hadisə
Cəmiyyət Dünya Gündəm Hadisə

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

Rusiya Federasiyasının Dağıstan muxtar respublikasının üç rayonunun 24 yaşayış məntəqəsində, eləcə də qismən İzberbaş şəhərində elektrik enerjisi kəsilib. Əks-səda xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsinin Mətbuat xidməti xəbər verib. “Elektrik enerjisi kəsintiləri üç rayonda və qismən İzberbaş şəhərində qeydə alınıb. Enerjinin kəsintisi Unsukulski, Xunzaxski və Tsumadinski rayonlarının 24 […]

Hadisə
Dünya Gündəm Hadisə

Çexiyada təyyarə qəzası olub, ölən var

Çexiyanın şimalındakı Semili rayonunun Vşen kəndindəki hava limanında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Əks-səda xəbər verir ki, bu barədə yerli polisin mətbuat katibi İvana Balakova bildirib. Məlumata görə, təyyarə şənbə axşamı havaya qalxdıqdan təxminən 10 saniyə sonra yerə düşüb və alovlanıb. “İki nəfərlik yüngül mühərrikli təyyarədə tək olan pilot təəssüf ki, həlak olub”, – o qeyd […]

Hadisə
Gündəm Hadisə Ölkə

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var

Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Əks-səda xəbər verir ki, “Mercedes” markalı avtomobilin aşması nəticəsində 5 nəfər; Elvir Fətəliyev, Rufan Məmmədov, Ziya Nuriyev, qardaşı Musa Nuriyev və Məhəmməd Məmmədov xəsarət alıblar. Yaralılar əvvəlcə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, sonra isə Gəncəyə şəhərindəki xəstəxanalardan birinə çatdırılıblar. Faktla bağlı araşdırma başlanılıb.

Dünya
Dünya Gündəm Hadisə

Albaniyada son 24 saat ərzində 34 meşə yanğını baş verib

Albaniyada son 24 saat ərzində 34 meşə yanğını baş verib. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, sözügedən yanğınların 5-i hələ də aktivdir, 2-si isə nəzarət altında saxlanılır. Məlumata görə, hazırda 481 fövqəladə hallar əməkdaşı və 44 yanğınsöndürən texnika əraziyə cəlb olunub. Yerli qüvvələrin işini gücləndirmək məqsədilə ordu Silahlı […]

Hadisə
Dünya Gündəm Hadisə

Zimbabvedə avtobusla yük maşını toqquşub, 25 nəfər ölüb

Zimbabvedə Harare – Çivhu magistral yolunda marşrut avtobusu ilə yük maşınının toqquşması nəticəsində 25 nəfər ölüb. Əks-səda xəbər verir ki, bu barədə əyalət məsələləri üzrə nazir İtay Ndudzo bildirib. Onun sözlərinə görə, hadisə ötən gün axşam baş verib. Yol-nəqliyyat hadisəsi nəticəsində 23 nəfər qəza yerində ölüb, 2 nəfər isə aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. Yük maşınının […]

Hadisə
Gündəm Hadisə Ölkə

Tərtərdə kişi su kanalında boğulub

Tərtərdə kişi su götürmək istəyəndə kanala yıxılaraq boğulub. Əks-səda xəbər verir ki, hadisə rayonun Cəmilli kəndində baş verib. Kənd sakini, 1963-cü il təvəllüdlü Ağa Yapon oğlu Məmmədov Soqovuşandan gələn kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan kanala yıxılıb. Bir neçə saatdan sonra onun meyiti düşdüyü yerdən aralıda sakinlər tərəfindən aşkar edilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.