Year: 2026

Almaniya
Dünya Gündəm Idman

“Bavariya” 12-ci dəfə Almaniya Superkubokunu qazanıb

“Bavariya” “Borussiya”nı 2:1 hesabı ilə məğlub edərək 12-ci dəfə Almaniya Superkubokunu qazanıb və qalibiyyət baxımından turnirin rekordçusu olub. Əks-səda xəbər verir ki, matç Dortmunddakı “Siqnal İduna Park” stadionunda baş tutub. “Bavariya”nın qollarını 28-ci dəqiqədə Nataniel Braun, 45-ci dəqiqədə Maykl Olise vurub. “Borussiya”nın heyətində Fabio Silva (75-ci dəqiqə) fərqlənib. 90-cı dəqiqədə “Borussiya”nın müdafiəçisi Rami Bensebayni qırmızı vərəqə […]

Litva
Cəmiyyət Dünya Gündəm

Litvada qasırğa səbəbindən yüz minlərlə insan işıqsız qalıb

Litvada 250 mindən çox abonent qasırğa səbəbindən elektrik enerjisindən məhrum olub. Əks-səda xəbər verir ki, bu barədə yerli operator “Energijos Skirstymo Operaterius” məlumat yayıb. “Saat 21:00-a (Bakı vaxtı ilə ötən gün saat 22:00) olan məlumata görə, 256 min istehlakçının elektrik enerjisi yoxdur”, – açıqlamada deyilir. Litva Milli Radiosunun məlumatına görə, fırtına nəticəsində bir nəfər ölüb. Qasırğa […]

Kriminal
Gündəm KriminaI Ölkə

Bakıda işlədikləri şirkətdən oğurluq edən şəxslər saxlanılıb

Bakıda işlədikləri şirkətdən elektrik avadanlıqları oğurlayan iki nəfər saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə Binəqədi rayonu ərazisində yerləşən şirkətlərin birində qeydə alınıb. Polis əməkdaşları talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı E.Quliyev və 40 yaşlı M.Gülməmmədov saxlayıb. Araşdırmalarla saxlanılan şəxslərin elektrik avadanlıqlarını işlədikləri məkandan oğurladıqları müəyyən edilib.

Almaniya, Ukrayna
Dünya Gündəm Siyasət

Almaniya XİN başçısı Kiyevdə səfərdədir

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Kiyevə səfər edib. Əks-səda xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsində yazıb. Vadefulun sözlərinə görə, səfər çərçivəsində Ukraynanın qışa hazırlığı və ölkənin bundan sonra da dəstəklənməsi diqqət mərkəzində olacaq. Öz növbəsində, Almaniya XİN-dən bildirilib ki, səfərin gündəliyinə Ukraynaya yardım göstərilməsi və iki ölkə […]

Rusiya, Ukrayna
Dünya Gündəm Hadisə

Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib

Rusiya qoşunları Kiyevin Darnitsa rayonundakı dəmir yolu müəssisəsinə ballistik zərbə endirib, nəticədə “Ukrzaliznitsya”nın əməkdaşı həlak olub. Əks-səda xəbər verir ki, bu barədə “Ukrzaliznitsya” SC-nin İdarə Heyətinin sədri Aleksandr Pertsovski “Facebook”da bildirib. Onun sözlərinə görə, zərbə Darnitsadakı dəmir yolu müəssisələrindən birinə endirilib. “Bir işçi – briqadir hadisə yerində həlak olub, digərlərini ilk zərbədən sonra operativ şəkildə təxliyə […]

Kriminal
Gündəm KriminaI Ölkə

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avqustun 21-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Həmçinin axtarışda olduğuna görə ümumilikdə 107, o cümlədən borclu şəxs qismində axtarışda olan […]

İdman
Dünya Gündəm Idman

“Aston Villa” Leon Qoretska ilə danışıqlara başlayıb

İngiltərənin “Aston Villa” klubu Almaniyanın “Bavariya” komandasının sabiq yarımmüdafiəçisi Leon Qoretska ilə danışıqlar aparır. Əks-səda xarici mediaya istinadən xəbər verir ki, tərəflər arasında proses artıq başlayıb. 31 yaşlı almaniyalı futbolçu “Bavariya”dan ayrıldıqdan sonra azad agent statusundadır. Qeyd edək ki, L.Qoretzka ötən mövsüm bütün turnirlərdə 48 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub. “Transfermarkt” […]

Kolumbiya
Dünya Gündəm Hadisə

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 329-a çatıb

Kolumbiyada dağıdıcı zəlzələ nəticəsində ən azı 329 nəfər həlak olub, 247 nəfər isə itkin düşüb. Əks-səda xəbər verir ki, bu barədə Təbii Fəlakət Risklərinin İdarəedilməsi Xidməti (UNGRD) “X” sosial şəbəkəsində məlumat yayıb. “329 nəfər ölüb, 4 600 nəfər yaralanıb, 247 nəfər itkin düşüb, 364 nəfər isə xilas edilib”, – məlumatda bildirilir. Bundan başqa, xilasedicilər 1,2 mindən […]

Zəlzələ
Gündəm Hadisə Ölkə

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ qeydə alınıb. Əks-səda xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinnin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Təkanların dərinliyi 63 km, maqnitudası 3,3 olub.

Xorvatiya
Digər Gündəm Hadisə

Xorvatiyada təyyarə qəzasında iki nəfər ölüb

Adriatik dənizi sahilində, Xorvatiyanın Zadar şəhəri yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Məlumata görə, təyyarə Çexiyadan havaya qalxıb. “Radarlardan itən kiçik təyyarənin tapılması üzrə axtarış əməliyyatı saat 22:00 radələrində (Bakı vaxtı ilə şənbə günü gecə yarısı – red.) başa çatıb. Xorvatiya […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.