Year: 2026

Qəza
Gündəm Hadisə Ölkə

Qazaxda yol qəzasında iki nəfər ölüb

Qazax rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Əks-səda xəbər verir ki, hadisə rayonun Xanlıqlar kənd yolunda qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil “Opel” markalı nəqliyyat vasitəsilə toqquşub. İlkin məlumata görə, hadisə zamanı iki nəfər dünyasını dəyişib. Ölən şəxslərin kimliyi, həmçinin hadisənin dəqiq səbəbləri araşdırılır.

ABŞ, yanğın
Dünya Gündəm Hadisə

ABŞ-də meşə yanğınının sahəsi bir gündə 3,2 min hektara qədər genişlənib

ABŞ-nin Nevada ştatının şimalında baş verən Hawk meşə yanğınının sahəsi bir gün ərzində 3,2 min hektara qədər genişlənib. Əks-səda xəbər verir ki, yanğın Reno şəhəri yaxınlığında başlayıb və təxminən min evi təhlükə altına qoyub. Yanğının yayılması ilə əlaqədar hakimiyyət orqanları bəzi ərazilərin sakinlərinin təxliyəsinə qərar verib. Güclü külək yanğının söndürülməsini çətinləşdirir. Yerli yanğınsöndürmə xidmətinin rəhbəri Riçard […]

Azərbaycan, idman
Gündəm Idman Ölkə

Azərbaycanın yeniyetmə cüdoçuları dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurublar

Azərbaycanın yeniyetmə cüdoçuları Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurublar. Əks-səda xəbər verir ki, son olaraq Ayxan Həsənli (81 kq) gümüş mükafata sahib çıxıb. Daha əvvəl Fərid Rzazadə (50 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu olub. Beləliklə, Azərbaycan millisi mundialı 1 qızıl və 1 gümüş olmaqla 2 medalla tamamlayıb. […]

Tayvan
Dünya Gündəm Hadisə

Tayvanda yanğın və partlayış nəticəsində 15 nəfər xəsarət alıb

Tayvanın cənub-qərbindəki Taynan şəhəri yaxınlığında baş verən yanğın və ardınca partlayış nəticəsində azı 15 nəfər xəsarət alıb, 68 evə ziyan dəyib. Əks-səda xəbər verir ki, bu barədə “Taipei Times” qəzeti məlumat yayıb. Yanğın boş ərazidə zibil tullantılarının yığıldığı yerdə başlayıb, ardınca partlayış baş verib. Yanğınla mübarizə aparmaq və sakinləri təxliyə etmək üçün əlli üç yanğınsöndürən maşını […]

Nvidia
Dünya Gündəm İQTİSADİYYAT Texnologiya

“Nvidia”nın ən böyük müştərilərinə server qiymətlərinin artımı ilə bağlı xəbərdarlıq edilib

ABŞ-nin “Nvidia” texnologiya şirkətininn ən böyük müştərilərindən bəzilərinə süni intellekt çiplərinin olduğu server sistemlərində qiymətlərin 15 %-dən çox artımı barədə xəbərdarlıq edilib. Əks-səda “Bloomberg”ə istinadən xəbər verir ki, “Microsoft”, “Google” və “Oracle” da daxil olmaqla, əsas məlumat mərkəzi operatorları ilə müqavilələr çərçivəsində işləyən server istehsalçıları müştərilərə qarşıdan gələn qiymət artımları barədə məlumatlandırıblar. Dəyişikliyin 2027-ci ilin əvvəlində […]

ABŞ, qəza
Dünya Gündəm Hadisə

ABŞ-nin Florida ştatında təyyarə çimərlik yaxınlığında qəzaya uğrayıb

ABŞ-nin Florida ştatının Boka-Raton şəhərində yüngül mühərrikli təyyarə çimərlik yaxınlığında qəzaya uğrayıb. Əks-səda xəbər verir ki, qəza zamanı təyyarədə bir nəfər olub. O, ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb. Yerli medianın məlumatına görə, həmin şəxsin həyatı üçün təhlükə yoxdur. Mülki Aviasiya Federal İdarəsi qəzanın səbəbini və başvermə şəraitini araşdırır. Mütəxəssislər həmçinin təyyarəni sudan çıxarmaq üçün çalışırlar.

Real Madrid
Dünya Gündəm Idman

“Real Madrid” La Liqa mövsümünə “Espanyol” üzərində qələbə ilə başlayıb

“Real Madrid” İspaniyanın futbol çempionatı matçında “Espanyol”u səfərdə 2:1 hesabı ilə məğlub edib. Əks-səda xəbər verir ki, matç Barselonadakı “Cornella-El Prat” stadionunda baş tutub. Qələbə qollarını 9-cu dəqiqədə Jud Bellinqem və 90+1-ci dəqiqədə Karlos Espi vurub. Meydan sahiblərinin heyətində Aleks Kalatrava (30) fərqlənib. Bu matç “Real Madrid”in Joze Mourinyonun baş məşqçi kimi qayıtmasından bəri ilk rəsmi […]

Belarus
Dünya Gündəm Hadisə

“Priska” siklonu Belarusda yüzlərlə yaşayış məntəqəsini elektriksiz qoyub

Belarusun energetikləri “Priska” siklonunun keçməsindən sonra bərpa işlərini davam etdirirlər. Fırtınanın nəticələri ölkə daxilində yüzlərlə yaşayış məntəqəsinin enerji təchizatına təsir göstərib. Əks-səda Belarusun Energetika Nazirliyinə istinadən xəbər verir ki, 22 avqusta olan məlumata görə, 659 yaşayış məntəqəsində bərpa işləri davam etdirilib. Fırtına nəticəsində 1 876 transformator yarımstansiyası, 179 10 kV-luq elektrik xətti, 12 35 kV-luq xətt […]

Qazaxıstan, seçki
Dünya Gündəm

Bu gün Qazaxıstanda parlament seçkiləri keçirilir

Bu gün Qazaxıstanda yeni birpalatalı parlamentə – Qurultaya seçkilər keçiriləcək. 545 namizəd irəli sürən yeddi siyasi partiya 145 yer uğrunda mübarizə aparır. Əks-səda Qazaxıstanın Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, təxminən 12,6 milyon vətəndaş səs vermək hüququna malikdir. Ölkədə 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə Qazaxıstanın 61 ölkədəki diplomatik nümayəndəliklərində də keçirilir. Seçkilər […]

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.